Şənbə , Aprel 20 2024
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı Əjdər Tağızadənin Xəzər dənizinin statusu barədə anlaşma ilə əlaqədar bildirişi

GADTB: Türk Cümhuriyyətimiz Qazaxıstanda Xəzər dənizi hövzəsi ölkələrin başçılarının toplantısı və orada bəzi müqavilələrə imza atmaları bir tərəfdən Türk dünyası və türk ölkələrin xeyrinədir. Başqa yandan isə irqçi və işğalçı fars rejimin irticaçı rejimi və müxalifətinin qəzəbinə səbəb olub. Onlar düşünürdülər ki, tarixi türk dənizi olan Xəzər dənizi Sovet dövründə olduğu kimi istilaçı rus və fars tərəfindən ikiyə bölünəcək və hərəsi yeni vəziyyətdə 50 faiz pay alacaqlar.

Əslində nə Sovet dövründə, nə də ondan əvvəl farsların Xəzər dənizinə gəmi çıxarmağa və hətta geniş şəkildə balıqçılığa belə haqları yox idi. Lakin Sovet imperyası çökəndən sonra beş türk cümhuriyyəti müstəqlliyini bərpa etdi və haqq-ədalət müəyyən dərəcədə öz yerini tapdı. Hələlik tarixi türk dəniziج Xəzərin müəyyən hissəsinə türk cümhuriyyətləri- Azərbaycan, Qazaxıstan və Türkmənistan nəzarət edir. Artıq Azərbaycan Cümhuriyyəti, Qazaxıstan Cümhuriyyəti və Türkmənistan Cümhuriyyəti Xəzərdə hətta farsla rusdan artıq öz haqlarını əldə ediblər. Bu da iki qardaş türk dövləti olan Azərbaycan və Türkmənistan arasında cüzi ixtilafların həll edilməsinə səbəb olacaq və nəticədə Türküstan türk dövlətləri olan Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistandan olan tranzit yollar, borular və tarixi ipək yolu Xəzər dənizi vasitəsilə Azərbaycandan keçərək Türkiyəyə və oradan Avropaya gedəcək. Bu da Türk Dünyasının azad dünyaya inteqrasiyasına və açıq bazarlara çıxmasına gətirib çıxaracaq.

Həmçinin bunlar bütün türk dövlətlərinin mənfəət götürməsinə səbəb olacaq. Bəzilərinin Güney Azərbaycanın müstəqil olması ilə İran adlanan ölkənin bazarını itirmək iddiaları da əsassızdır və hətta Güney Azərbaycan da müstəqilliyini əldə etdikdən sonra üç yüz milyonluq türk dünyasına qoşulacaq və Avropaya çıxış əldə edəcək. Ümumiyyətlə, millətimizin bu hadisədə əldə etdiyi nailiyyət böyükdür və bu davam edəcək.

Fars şovinist və irticaçı rejimdə bəzi qüvvələr hay-küy salaraq bu razılaşmanı ikinci Türkmənçay adlandırıblar. Lakin işğalçı İran rejiminə verilən 11-13 faiz də əslində farsa aid deyil və bu dəniz tarixi türk dənizidir. Astaradan başlayaraq Ənzəli və hətta Mahmudabad qəsəbəsinə qədər ərazi və dəniz sahilləri də Azərbaycanın güneyinin torpaqları və sahilidir və bu məsələni indidən bilməlidirlər. Eyni zamanda Xəzərin cənub-şərqində də böyük ərazi və Xəzər sahili Güney Türkmənistana aiddir. Qalan 3-4 faizlə də mazandaranlılar və fars irticaçı rejimi nə etmək istərsə öz işləridir. İndidən fars şovinistlərinin röyalarında 11 faiz və ya 13 faiz özlərinə haqq bilmələri də əsassızdır və dəfələrlə bu məsələni öncədən də qeyd etmişik ki, 11 faiz Güney Azərbaycanın da payına şamil edilir.

Rusların bu müqavilədə udduğunu iddia edənlər olsa da, əslində bu da əsassızdər. Çünki, uzun müddət rus müstəmləkəçiliyində olan və son zamanlara qədər blokadada saxlanılan Türküstanın türk cümhuriyyətlərindən Azərbaycan vasitəsilə Türkiyə və Avropaya borular, nəqliyyat xətti və ümumiyyətlə İpək yolunun keçməsi gündəmdədir.

Beş türk dövlətinin başçılarının Qazaxıstanda görüşü və bəzi müqavilələrin bağlanması ilə türk öz gücünə və potensialına sahib çıxacaq. Bu gücün qarşısında rus da, fars da, digərləri də geri oturacaq. Ona görə də irticaçı və işğalçı fars rejimi və fars şovinist qüvvələri əl-ayağa düşüblər. Lakin türk artıq öz haqqını əldə etməkdə və uğur qazanmaqdadır. Güney Azərbaycanın fars işğalından qurtararaq, müstəqillik əldə etməsi və Güney Azərbaycan Türk Cümhuriyyətinin yaranmasına az qalmışdır. Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) bu istiqamətdə əzmlə öz müqəddəs mübarizəsinə davam edir.

 

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Terrorçu kürdlərin Sulduzda soyqırım törətmələrinin ildönümü ilə bağlı aksiya

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 20-də Urmiyada Sulduzda terrorçu kürdlərin törətdiyi soyqırımla …

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Bir cavab yazın