Çərşənbə , Avqust 12 2026
azfa

Güney Azərbaycanın Qəzvin bölgəsində şirkətində çox sayda işçi işdən çıxarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Qəzvin şəhərində əczaçılıq və gigiyenik qablar istehsal edən Arapuş Qostər Şirkətinin işçiləri kütləvi şəkildə işdən çıxarılıb. İşçilərin hüquqları təmin olunmadan işdən çıxarıldığı bildirilir.

Çoxunun qadınlardan ibarət olan işçilər sosial şəbəkələrdə yaydıqları məlumatda bildiriblər ki, şirkət rəhbərliyi onların əmək haqlarını ödəmədən və heç bir əsas olmadan onları işdən çıxarıb.

İşçilərin bildiriblər ki, bir neçə ay bundan öncədən ödənilməyən əmək haqları ilə yanaşı, qanunla nəzərdə tutulan bayramlıq və başqa ödənişlərin də ödənilməsi dayandırılıb.

Bildirilir ki, son aylar tətil günləri də daxil olmaqla gündəlik 12 saat işləyən işçilər əmək haqlarını ala bilməyiblər. Onların etiraz və müraciətləri də rəhbərlik tərəfindən nəzərə alınmayıb.

Həmçinin yoxlayın

ABŞ senatoru; İran rejiminin Hörmüz boğazı yaxınlığındakı qalıq hərbi imkanları məhv edilməlidir

GADTB: ABŞ Senatının respublikaçı üzvü, senator Tom Koton İran rejiminin rəhbərləri ilə məqbul bir razılaşmanın …

Mossadın keçmiş rəhbəri: Fordo nüvə obyektinə bir neçə dəfə baş çəkmişəm

GADTB: Mossadın keçmiş rəhbəri Yossi Kohen İranın Fordo nüvə obyektinə keçmişdə bir neçə dəfə baş …