
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın irqçi fars rejimi Güney Azərbaycanla düşmənçilik məqsədilə burada narkomaniyanı geniş yaymaqdadır.
Biləsuvardan olan azərbaycanlı milli-mədəni fəal Güney Azərbaycan bölgələrində narkomaniyanın geniş yayılması barədə Abbas Lisaninin teleqram kanalına müsahibə verib. Təbii ki, İranın narkomaniyanı təkcə Biləsuvarda yox, bürtün Azərbaycanda yaymaqdadır. Biləsuvar, Germi və Aslanduz şəhərlərində, eləcə də ətraf kndlərdə narkomanların sayı durmadan artmaqdadır. İran rejimi bütün Azərbaycanlı narkomaniya fəlakətinə düçar edib.
İran rejimi Biləsuvar, Aslanduz və ətraf əraziləri narkotik maddələrin tranzitinin həyata keçirildiyi bölgə kimi istifadə etdiyi üçün burada narkotik qaçaqmalçılığı ilə məşğul olanlar dəstəklənir və nəticədə günü-gündən onların fəaliyyətləri genişlənir. Nəticədə Azərbaycanda qəsdən narkomaniya yayılır.
İranın irqçi fars rejimi Azərbaycanı narkotiklərin Avropaya giriş qapısına və bu maddələrin İrandan Azərbaycan Respublikası, Ermənistan, Türkiyə və İraqa çıxışı üçün tranzit marşrutuna çevirib. Narkotiklərlə mübarizə üzrə beynəlxalq təşkilatların dərc etdiyi xəritələrə görə, Güney Azərbaycan Əfqanıstan, Pakistan və İrandan Avropaya narkotik tranzit marşrutlarının kəsişdiyi yerdir. Bu, İran hökumət başçılarının iqtisadi maraqlarını və qeyri-insani siyasətlərini göstərən fakt çox sayda faktlardan biridir.
Ekspertlərin fikrincə, İran İslam Respublikası bu məqsədyönlü siyasəti ilə bir tərəfdən Azərbaycan cəmiyyətinin insan resurslarını məhv etmək, başqa tərəfdən isə Azərbaycanda narkomaniya və narkotik maddələrin istehlakı artıraraq Azərbaycanda demoqrafik tərkibi dəyişmək üçün İranın son 100 ildə tətbiq etmək istədiyi siyasəti yerinə yetirməkdən ibarətdir.
İran rejimi mühacir kürd terrorçu və qaçaqmalçılardan da narkotik qaçaqmalçılığında geniş istifadə edir. Qərbi Azərbaycan vilayətində artıq mühacir kürdlərdən ibarət Zindəşti qaçaq bandası kimi narkobaranlar İranın birbaşa himayəsi ilə yetişib.