Şənbə , İyul 11 2026
azfa

İran rejimi azərbaycanlı milli fəal Məhəmməd Mərdini mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məhkəməsi Təbrizdə azərbaycanlı fəal Məhəmməd Mərdini mühakimə etdi.

Azərbaycanlı fəalın məhkəməsi oktyabr ayının 26-da keçirilib.

Azərbaycanlı fəal Sina xəstəxanasında müalicə aldığı üçün məhkəmədə iştirak edə bilməyib və onun vəkili məhkəmə iclasında olub.

İrqçi fars rejimin məmurları fəal Məhəmməd Mərdini yaxalayarkən onu döyüblər. Nəticədə o başı və çənəsindən xəsarət alıb.

Bundan öncə isə rejimin Təbrizdəki prokurorluğunun 15-ci şöbəsində Mərdiyə qarşı “İctimai asayişi pozmaq” ittihamı irəli sürülüb, barəsində qaldırılmış “Sistemə qarşı təbliğat” ittihamı isə ləğv edilmişdi.

Qeyd edək ki, Məhəmməd Mərdi iyulun 24-də İran rejiminin məmurları tərəfindən yaxalanmışdı. Azərbaycanlı fəal yaxalanarkən döyülüb, baş və çənə nahiyəsindən ciddi xəsarət almışdı.

Azərbaycanlı fəal ETTELAAT-ın təcridxanasında dindirildikdən sonra avqustun 11-də rejimin Təbrizdəki zindanına köçürülmüş, avqustun 14-də isə girov qarşılığında zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

ABŞ-ın maliyyə naziri: Xamenei şəbəkəsinin aktivlərini İran xalq üçün qoruyacağıq

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent Müctəba Xamenei ilə əlaqəli maliyyə şəbəkəsi və iş adamı …

İranda bu il minlərlə qadın saxlanılıb

GADTB: İranda insan haqları təşkilatı – HENGAW verib ki, 2026-cı ilin ilk yarısında İranda 5 …