Çərşənbə , Yanvar 20 2021
azfa

İran rejimi erməni təcavüzünü pisləyən Əli Xeyrcu və Meysəm Colani həbs və qamçı cəzasına məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənipərəst İran rejimi Ermənistanın Azərbaycan şiələrinin ərazilərinə hərbi hücumunu pislədiyinə görə azərbaycanlı fəallar Əli Xeyrcu və Meysəm Colanini həbsə və qamçıya məhkum edib.

Ərdəbil şəhərində yaşayan azərbaycanlı milli-mədəni fəallar Əli Xeyrcu və Meysəm Colani Ərdəbilin ikinci Cinayət Məhkəməsinin 110-cu şöbəsi tərəfindən 8 ay həbs və 40 qamçı zərbəsi cəzasına məhkum ediliblər.

Azərbaycanlı mədəni fəallara məhkəmə qərarı ilə bağlı Ərdəbil şəhərinin ikinci Cinayət Məhkəməsi tərəfindən verilən bildirişdə həmin şöbənin rəisi Səccad Həbibi 1996-cı ildə qəbul olunan “İslami Cəza Qanunu”nun 618-ci maddəsinə əsasən Əli Xeyrcu və Meysəm Colaninin həbs cəzalarında dəyişiklik edilərək 8 ay həbs və 40 qamçı zərbəsinə məhkum edildiklərini bildirib.

Azərbaycanlı fəallar 2020-ci il dekabrın 1-də Ərdəbil şəhərinin ikinci Cinayət Məhkəməsinin 110-cu şöbəsində mühakimə edilmişlər.

Qeyd edək ki, həmin iki mədəni fəal rejimin təhlükəsizlik qüvvələri tərəfindən oktyabrın 1-də evlərində tutulmuşdular. Onlar Ərdəbilin Ceral Parkı məhbusları ilə birlikdə, hər biri 300 milyon tümən girov müqabilində məhkəmə prosesi bitənə qədər zaminə buraxılmışdılar.

Fəalların hər biri yaxandıqdan sonar üç ayrı ittihamla günahlandırılırdı. Digər iki ittiham baxılması üçün inqilab məhkəməsinə göndərildi.

ETTELAAT qüvvələri Əli Xeyrcunu yaxalamaq üçün heç bir məhkəmə qərarı olmadan evin duvarından aşaraq milli fəalı və onun ailə üzvlərini döyüb, təhqir etmişdilər.

Xeyrcu tutulduqdan sonra Ciral Parkı məhbuslarının anaları və Xeyrucunun həyat yoldaşı Əfsanə xanım Əkbərzadə yaxınlarının vəziyyətini öyrənmək üçün Ərdəbil prokrorluğunun 10-cu şöbəsinə müraciət etmişdilər. Lakin rejimin əlaltısı hakim Nonəhal tərəfindən təhqir olunaraq uzaqlaşdırılmışdılar.

Xeyrcunun həyat yoldaşı Əfsanə xanım Əkbərzadə isə Nonəhalın tərbiyəsiz davranışlarına, söyüş və təhqirlərinə və həbs olunan milli fəalların saxlanılmasının qanunsuzluğuna etiraz etdiyi üçün 24 saatlığına həbs olunmuşdu.

Sentyabrın 29-da Ərdəbilin Ciral parkında Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədiyi və Qarabağın azadlığı uğrunda Azərbaycanın keçirdiyi əməliyyatlara dəstək məqsədilə təşkil edilmiş aksiyada iştirakına görə bir çox azərbaycanlı fəal ermənipərəst İran rejimi tərəfindən vəhşicəsinə döyülərək həbs edilib.

Həmçinin oktyabrın 1-də Güney Azərbaycanın bir sıra şəhərlərində, o cümlədən də Təbriz, Urmiya, Zəncan və Ərdəbil şəhərlərində, eləcə də Tehranda on minlərlə insanın iştirakı ilə Qarabağda erməni işğalçılarına qarşı başladılan uğurlu hərbi əməliyyatlara dəstək aksiyaları keçirilib. Aksiyalarda 100-dən çox azərbaycanlı fəal həbs edilib. Saxlanılanların bir çoxunun kimliyi hələlik açıqlanmayıb.

İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

Həkimə Əhmədinin həyat yoldaşı 27 ay həbsdən sonra azadlığa buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi Həkimə Əhmədinin həyat …

Türkiyə şaquli enib-qalxan “Bayraqdar”lar sınaqdan keçirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünya Türkiyənin döyüş pilotsuz təyyarələrinin Liviya, Suriya və …