Bazar ertəsi , İyul 27 2026
azfa

İraq türkmənlərinə qarşı seçki saxtakarlığı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, türkmənlərin çox olduğu bölgələrdə elektron cihazların fəaliyyəti bir neçə saat dayandırıldı. Bu sözləri İraq Türkmanları Cəbhəsinin lideri Ərşad Salihi İraqda keçirilən seçkilər haqda Axar.az-a danışarkən deyib.

Onun sözlərinə görə, elektron sistemin köməkliyi ilə reallaşdırılan seçkidə saxtakarlıq müşahidə olunub:

“Türkmanların səs verdiyi seçki məntəqələrində iki-üç saat cihazlar fəalliyyətini dayandırdı. Doğrusu, belə bir təxribatı gözləmirdik”.

Seçicilərin fəallığı haqda danışan türkman lider vətəndaşların zəif iştirakını da vurğulayıb;

“Təkcə türkmanlar arasında deyil, ümumilikdə İraq ərazisində seçici fəallığı zəifdir. Amma istənilən halda dəqiq bir söz demək çətindir.

Qeyd edək ki, bu gün İraqda parlament seçkisi keçirilir. İraq Türkmanları Cəbhəsi 10 yer uğrunda mübarizə aparır.

Həmçinin yoxlayın

Azərbaycan İranın iki media qurumunun fəaliyyətini qanunsuz elan edib

GADTB: Azərbaycan Media İnkişaf Agentliyi (MEDİA) İranın “Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin Azərbaycandakı fəaliyyətinin …

Təbrizin Motojen Şirkətinin işçilərinin tətili beşinci gündür davam edir

GADTB: Təbrizdə fəaliyyət göstərən Motojen şirkətinin işçiləri beşinci gündür tətil aksiyasını davam etdirirlər. İşçilərin sözlərinə …

Bir cavab yazın