Şənbə , Dekabr 7 2024
azfa

İrqçi fars rejim Güney Azərbaycanda zindanlara koronavirus yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı siyasi məhbusların həyatına qəsdə zəminində Güney Azərbaycanda zindanlara koronavirus yayıb.

Artıq Güney Azərbaycanın Urmiya, Təbriz, Əhər və s. şəhərlərində yerləşən zindanlarda koronavirusu yayıblar. Nəticədə Əhər zindanında buna etiraz olaraq iki azərbaycanlı siyasi məhbus aclıq aksiyasına başlayıb.

Urmiya şəhərinin mərkəzi zindanında da koronavirusun geniş yayıldığı bildirilir. Bu həbsxanada artıq virusa yoluxan bir məhbusun həyatını itirdiyi bildirilir.

Koronavirusdan ölən məhbusun adının Fərid Məhəmmədi olduğu bildirilir. 6 ildir Urmiya zindanında həbs edilən məhbus narkotik maddələrinin qaçaqmalçılığı ittihamı ilə 25 il həbs cəzasına məhkum edilib.

Fərid Məhəmmədi koronavirus şübhəsi ilə fevralın 27-də şəhərin xəstəxanasına yerləşdirilib.

Məlumata görə, 3 gün əvvəl Urmiya həbsxanasının “işçilər” korpusundan 13, gənclər və 14-cü bölümlərdən isə 3 məhbus koronavirus şübhəsi ilə şəhərin xəstəxanasına aparılıb.

Həmçinin yoxlayın

Azərbaycanda I Türkoloji qurultayın 100 illiyi qeyd ediləcək

GADTB: Azərbaycanda I Türkoloji qurultayın 100 illiyi qeyd ediləcək. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının …

Molla rejimin məmurları təbrizli yeniyetmənin evinə hücum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin ETTELAAT İdarəsinin əməkdaşları Təbrizdə 17 …

Bir cavab yazın