Şənbə , İyul 11 2026
azfa

İrqçi fars rejim Tehranda yaxaladığı 3 azərbaycanlı fəal ETTELAAT-ın təcridxanasına köçürüldü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Noyabr ayında Tehranda yaxaladığı azərbaycanlı fəallar Mənsur Fəthi, Əli İbrahimi və Saleh Ekrami ailələri ilə qısa telefon əlaqəsi saxlayaraq Tehranın Evin zindanının rejimin ETTELAAT-ına məxsus olan 209-cu bölməyə köçürüldüklərini bildiriblər.

Həmin 3 azərbaycanlı fəallar durumları ilə bağlı ailələrinə qısa telefon bağlantısı zamanı məlumat veriblər.

Qeyd edək ki, azərbaycanlı fəallar Tehranın 15 kilometrliyində yerləşən Nəsim şəhərində benzinin bahalaşmasına etiraz olaraq keçirilən aksiyalarda milli hərəkətin istəklərini səsləndirməmələri üçün rejimin təhlükəsizlik qüvvələri tərəfindən noyabrın 10-da həbs ediliblər. Hələlik 40 nəfərdən çox azərbaycanlı fəalın etirazlardan sonra yaxalandığı məlum olub.

Həmçinin yoxlayın

ABŞ-ın maliyyə naziri: Xamenei şəbəkəsinin aktivlərini İran xalq üçün qoruyacağıq

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent Müctəba Xamenei ilə əlaqəli maliyyə şəbəkəsi və iş adamı …

İranda bu il minlərlə qadın saxlanılıb

GADTB: İranda insan haqları təşkilatı – HENGAW verib ki, 2026-cı ilin ilk yarısında İranda 5 …

Bir cavab yazın