İrqçi fars rejimin əlaltılarının İraq etirazlarını qana boyaması davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin təşkil etdiyi terrorçu qrupların İraq etirazlarını qana boyaması davam edir. Oktyabrın 27-də yüzlərlə İraqlı etirazçı Bağdadın Təhrir meydanında etiraz nümayişlərini davam etdirib. Etirazlar son iki gündə onlarla adamın ölümünə səbəb olub.

Reuters xəbər agentliyinin oktyabrın 27-də bazar günü verdiyi xəbərdə ötən həftənin cümə və şənbə günləri davam edən etirazlarda ən azı 67 nəfərin həyatını itirdiyi və yüzlərlə insanın yaralandığını bildirilib.

Buna görə, İraqın baş naziri Adel Əbdulməhdi hökumətinə qarşı etirazların ikinci dalğası davam etdiyi bir halda, aksiyalarda ölənlərin sayı 224 nəfərə çatıb.

Bu arada, “Associated Press” agentliyi, etirazçıların İraqda böyük siyasi partiyalarla yaxın əlaqələri olan və bir neçə güclü yaraqlı qrupu dəstəkləyən İran İslam Respublikası rejiminə qarşı qəzəbli olduğunu bildirib.

Qeyd edək ki, İraqda son etirazlar əvvəlcə korrupsiya, işsizlik və iqtisadi problemlərə qarşı başlayıb. İraqlı etirazçılar həmçinin İslam Respublikasının öz ordusunu zəiflədərək İnqilab Keşikçiləri Korpusunu gücləndirmək təcrübəsinin analoqunu İraqda tətbiq etməklə, bu ölkənin rəsmi ordusunu zəiflətməyə və Həşd əl-Şəəbi və ya İraq xalq könüllüləri silahlı qruplaşmasını gücləndirməyə çağlışdığını bildirir.

Habelə Fox News telekanalının İraqlı fəallara istinadən məlumatına görə, İran elə edib ki, öz ölkələrində onlarla “əcnəbilər” kimi rəftar edilir.

Fox News yazır ki, etirazçıların bir çoxu 2014-cü ildə İŞİD-ə qarşı mübarizə məqsədilə yaradılan Həşd əş-Şəəbi adlı yaraqlıların İslam Respublikasının sifarişi ilə cəzalandırma qorxusu olmadan etirazçılara hücum etmək, qazanclı fəaliyyət sahələrinə girişmək və korrupsioner siyasətçiləri qorumaq kimi hərəkətlərdə ittiham edib.

Birləşmiş Ştatlar dəfələrlə İran İslam Respublikasının terrorçu və üsyançı qruplaşmaları dəstəkləməklə Yaxın Şərqdə qeyri-sabitliyin yaranmasına səbəbi olduğunu və Quds qüvvələri vasitəsi ilə İraqdakı şiə yaraqlı faktiki olaraq qruplaşmalarına rəhbərlik etdiyini bildirib.

İraq əhalisi isə irqçi fars rejimin dağıdıcı siyasətini bilərək onun səfirli və nümayəndəliklərini tutub, rejimin terrorçu qüvvələrini ölkədən çıxarır.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın