Şənbə , İyun 6 2026
azfa

İsrail Xəzər dənizində İranın raket gəmilərinə hücum edib

GADTB: Bu gün “i24News” telekanalı xəbər verib ki, İsrail Müdafiə Qüvvələri Xəzər dənizində İran donanmasına zərbə endirib.

Hücum Gilan əyalətində yerləşən Ənzəli limanında həyata keçirilib. Bu liman 2022-ci ildən bəri Rusiya və İran tərəfindən dəniz daşımaları və silah qaçaqmalçılığı üçün istifadə olunur. Xəzər dənizinin qərb sektoru İran Hərbi Dəniz Qüvvələrinin əməliyyat bazasıdır.

Müharibənin başlanğıcından bəri bu, ilk dəfədir ki, İsrail Xəzər dənizində İran gəmilərinə hücum edib.

Hücum İsrael Katzın İranın kəşfiyyat naziri İsmayil Xətibin öldürülməsi ilə bağlı açıqlamasından sonra baş verib. Katz bildirib ki, “bu gün bütün arenalarda İrana qarşı apardığımız müharibənin səviyyəsini qaldıracaq əhəmiyyətli sürprizlər gözlənilir”.

https://t.me/GADTB1/50579

Həmçinin yoxlayın

Molla rejimi Gürcüstanda təsirini genişləndirməyə çalışır

GADTB: İsrailin baş naziri Benyamin Netanyahunun sabiq müşaviri Simon Bulşteyn Gürcüstanda İranla əlaqəli təşkilat və …

Türkiyənin yeni raketi İsraili qorxuya salıb

GADTB: Türkiyənin İHA-230 raketini əldə etməsi İsraildə böyük ajiotaj yaradıb. İsrailin “Maariv” qəzeti yeni raketin …