Çərşənbə , İyun 7 2023
azfa

Kürd terrorizminə qarşı mübarizə aparan Həsənin vəfatı münasibəti 3 gün matəm elan edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya şəhərinin keçmiş imam cüməsi Qulamrza Həsəninin vəfatı münasibətilə Qərbi Azərbaycan vilayətində 3 gün matəm elan edildi.

Urmiyanın imam cüməsi molla Həsəni bölgədə fəal olan kürd terror qruplaşmalarına qarşı çox fədakarlıqla mübarizə apardığı üçün azərbaycanlılar tərəfindən çox sevilir. 1979-cu il inqilabının birinci illərində Güney Azərbaycanın qərb bölgələrini kürd terrorizmi bürümüşdür, onlar Sulduz şəhərində əhaliyə qarşı soyqırım törədərək şəhəri azərbaycanlı əhalidən təmizləməyə çalışdılar. Həmin zaman molla Həsəni terrorçulara qarşı mübarizədə böyük cəsarət göstərib yerli əhalinin mübarizəsinə rəhbərlik edərək bölgəni terrorçulardan təmizləmişdir.

Molla Həsəni imam Cümə olmaqdan başqa Urmiya və ümumiyyətlə Qərbi Azərbaycanda türklər üçün mənəvi dayaq hesab olunurdu. O bölgənin kürdləşdirilmə prosesinə qarşı fəaliyyətdə bir qəhrəman kimi tanınır və uzun illər Komelə, Demokrat, PKK və onun qolu olan “Pejak” terror qruplaşmaları ilə mübarizə aparmışdır.

Qeyd edək ki, Qulamrza Həsəni mayın 21-də 91 yaşında böyrək xəstəliyindən dünyasını dəyişib. O sabah dəfn ediləcək.

 

Həmçinin yoxlayın

İranın Rusiyaya silah satışı müqaviləsi üzə çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Britaniyanın “Sky News” Xəbər Agentliyi İranın Rusiyaya silah …

Türkiyənin “Qızıl alma” PUA-sı F-16-larla uçdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, “Baykar” şirkətinin istehsalı olan “Qızıl alma” və “Akıncı” …

Bir cavab yazın