Molla rejimi Güney Azərbaycanda 5 nəfər azərbaycanlı fəalı həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Təbrizdə 5 nəfər azərbaycanlı milli-mədəni fəalı həbs edib.

Azərbaycanlı fəalların yaxınlarının verdiyi məlumat görə, Davud Şiri, Həmzə Vəlizadə, Ruhullah Əhmədinejad, Cavad Əhmədzadə və Əlirza Səbri mayın 18-i axşam saatlarında yaxalanıblar.

Fəalların şəxsi mənzillərində axtarış aparılıb və bir sıra şəxsi əşyalarının müsadirə edilib.

Azərbaycanlı fəalların nədə ittiham olunduğu və hara aparıldığı barədə açıqlama verilməyib.

Həmin azərbaycanlı milli fəalların son günlər mayın 22-də Güney Azərbaycan şəhərlərində kütləvi nümayişlərə çağırışlar edildiyi üçün yaxalandığı ehtimal edilir.

Qeyd edək ki, son günlər Güneyin müxtəlif bölgələrində milli-mədəni fəallara çağırışlar göndərilir, onlar məhkəmə və prokurorluqda ifadə verməyə dəvət olunurlar.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Əli Babayi telefon danışığı və görüş hüququndan məhrum edilib

GADTB: Altı aydır Təbriz Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı milli fəal Əli Babayinin həyat yoldaşı …

İrqçi fars-molla rejimin qurduğu sistemdə əhalinin 60 faizi gələcəyə ümidini itirib

GADTB: İran Daxili İşlər Nazirliyinin dərc etdiyi rəsmi sorğunun nəticələri ölkədə ictimai narazılığın yüksək səviyyədə …