Molla rejimi Marağada 16 nəfər həbs etdiyini bildirir

GADTB: Molla rejimi Güney Azərbaycanın Marağa şəhərində etiraz aksiyalarında iştirak edən daha 16 nəfər həbs edilib. Bu barədə şəhərin polis rəisi Tohid Farsi bildirib.

O, etirazçıların polis və təhlükəsizlik qüvvələrinin birgə keçirdiyi əməliyyat nəticəsində həbs olunduqlarını deyib.

Farsi, kimliyi açıqlanmayan 16 nəfərin etiraz aksiyalarının təşkilatçıları və liderləri olduğunu iddia edib.

Polis rəisi azərbaycanlı məhbusların “ictimai asayişi pozmaqda”, “vətəndaşları iğtişaşlara çağırmaq”da və “dövlət əmlakına zərər vurmaq”da ittiham olunduqlarını bildirib.

Qeyd edək ki, İranda etiraz aksiyaları başlayandan bu günə kimi saxlanılanların sayı 44 min nəfəri keçib.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Əli Babayi telefon danışığı və görüş hüququndan məhrum edilib

GADTB: Altı aydır Təbriz Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı milli fəal Əli Babayinin həyat yoldaşı …

İrqçi fars-molla rejimin qurduğu sistemdə əhalinin 60 faizi gələcəyə ümidini itirib

GADTB: İran Daxili İşlər Nazirliyinin dərc etdiyi rəsmi sorğunun nəticələri ölkədə ictimai narazılığın yüksək səviyyədə …