Şənbə , İyun 13 2026
azfa

Molla rejimi tarixi Azərbaycan ərazisi Qəzvində 96 nəfərin əmlakını müsadirə etdi

GADTB: Qəzvin prokurorluğu İran daxilində və ölkə xaricində yaşayan 96 nəfərin əmlakının müsadirə edildiyini açıqlayıb və həmin şəxslərin “muzdlu qüvvələr” kimi müəyyən olunduğunu iddia edib.

İran Dövlət Televiziyasının yaydığı məlumata görə, üç nəfər barəsində “casusluq”, altı nəfər barəsində isə “kəşfiyyat fəaliyyəti həyata keçirmək” ittihamı ilə ittiham aktı hazırlanıb.

Məhkəmə və hüquq-mühafizə orqanları indiyədək təqsirləndirilən şəxslərin kimliyi, təqdim olunan sübutlar, məhkəmə prosesi, onların vəkilə çıxış imkanları və açıq məhkəmə keçirilib-keçirilməməsi barədə ətraflı məlumat verməyiblər.

İnsan hüquqları təşkilatları son illərdə İran hakimiyyətinin müxaliflərə, vətəndaş fəallarına və tənqidçilərə qarşı təhlükəsizlik xarakterli və qeyri-müəyyən ittihamlardan geniş istifadə etdiyini dəfələrlə tənqid edib. Həmin qurumlar xəbərdarlıq edirlər ki, məhkəmə şəffaflığı və ədalətli məhkəmə təminatı olmadan təhlükəsizlik işləri üzrə əmlakların müsadirə edilməsi və hökm çıxarılması təqsirləndirilən şəxslərin əsas hüquqlarının pozulmasına səbəb ola bilər.

Həmçinin yoxlayın

Molla rejimi Evin həbsxanasında siyasi məhbusların telefon əlaqəsinə maneə yradıb

GADTB: Evin həbsxanasından daxil olan məlumatlara görə, siyasi və vicdan məhbuslarının həbsxanadan kənarla telefon əlaqələrinə …

Dünya Bankı İran müharibəsi səbəbindən iqtisadi artımın ən zəif səviyyəyə enəcəyi barədə xəbərdarlıq edib

GADTB: Dünya Bankı hazırda davam edən İran müharibəsinin qlobal iqtisadi artımı COVID-19 pandemiyasından bəri ən …