Çərşənbə , Oktyabr 14 2026
azfa

Muğan əhalisi 17 min imza toplamaqla Muğan Aqro-sənaye Kompleksinin özəlləşdirilməsinin ləğvini tələb etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda Muğan əhalisi 17 min imza toplayaraq Muğan Aqro-sənaye Kompleksinin özəlləşdirilməsi müqaviləsinin ləğvini tələb etdilər. Toplanan imzalar məktubla İran Məhkəmə Sisteminin rəisi İbrahim Rəisiyə göndərilib.

Məktubda İranın Ali Audit Məhkəməsi və Yoxlama Təşkilatının kompleksin özəl sektora satılmasının qanuna zidd olduğu bildirildiyi də qeyd edilib. Həmçinin Ali Audit Məhkəməsinin rəisinin də həmin müqavilədə özəlləşdirmə qaydalarına zidd halların olduğunu qeyd etdiyi bildirlib.

Qeyd edək ki, azərbaycanlılar Məhkəmə Sisteminin rəisindən Kompleksin real qiymətindən qat-qat ucuz satıldığını bildirib və müvailənin ləğvini tələb ediblər.  Əhali bildirib ki, yarı köçrəi azərbaycanlı tayfaların əlindən alınmış əraziləri bu şəkildə özəlləşdirmək olmaz.

Qeyd edək ki, Muğan Aqro-sənaye Kompleksinin 63 min hektar sahəsi var. İrqçi fars rejim bu kompleksi özəlləşdirmə adı altında öz əlaltılarına pay vermək istəyir. Bu isə azərbaycanlıların ciddi etirazı ilə qarşılaşıb.

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …

Bir cavab yazın