Şənbə , İyul 11 2026
azfa

Mühacir kürdlər Muğanda bir kəndi tamamilə aldılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Muğan bölgəsindən azərbaycanlı fəal Behnam Kiyani Əcirlinin yazdığına əsasən mühacir kürdlər Güney Azərbaycanın Muğan bölgəsinin Parsabad şəhərinin yaxınlığında yerləşən bir Azərbaycan kəndini tamamilə alıblar.

Kürdlər isə bu taktika ilə son yüzilliklərdə Azərbaycanın qədim ərazisi olan indiki Kürdüstan vilayəti adlandırılan ərazini də Kürdləşdirib Azərbaycandan ayırıblar. Hazırda Qərbi Azərbaycanın böyük hissəsini də kürdləşdirib və artıq Şərqi Azərbaycan və Ərdəbil vilayətinə ayaq açıblar.

Burada isə cənab Əcirlinin kürdlərin Muğanda bir kəndi almaları barədə verdiyi məlumatı təqdim edirik:

Parsabadın təqribən 4-5 km yaxınlığında İsmayılabad kəndi yerləşir. Parsabad Şirkəti hövzəsində yerləşən kəndin həmin şirkətlə ixtilafı olur. Qubernatorluq və s. aidiyyəti orqanlarla anlaşma nəticəsində əhali kəndin abadlığı naminə torpaqlarını satmağa başlayıblar. Lakin bu düşünülməmiş iş nəticəsində əhalinin dediyi kimi mühacir kürdlər daha artıq pul ödəməklə əslində kəndə sahibləniblər.

Artıq əhalinin düşünülməmiş işləri və məlumatsızlığı nəticəsində təhlükəli bir hadisə baş verib və artıq bu əraziyə sahiblənən kürdlərin torpaq iddiası ilə etnik toqquşmaya şərait yaranacaq.

Behnam Kiyani Əcirli

Həmçinin yoxlayın

ABŞ-ın maliyyə naziri: Xamenei şəbəkəsinin aktivlərini İran xalq üçün qoruyacağıq

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent Müctəba Xamenei ilə əlaqəli maliyyə şəbəkəsi və iş adamı …

İranda bu il minlərlə qadın saxlanılıb

GADTB: İranda insan haqları təşkilatı – HENGAW verib ki, 2026-cı ilin ilk yarısında İranda 5 …

Bir cavab yazın