Cümə axşamı , Oktyabr 29 2026
azfa

Musiqiçilər “Türk dünyasının mədəniyyət paytaxtı”nı salamladılar – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, hər il ənənəvi olaraq müxtəlif tədbirlərdə bir araya gələn və konsertlər verən TÜRKSOY ölkələrinin sənətçiləri pandemiya səbəbindən ertələnən “Türk dünyası mədəniyyət paytaxtı-2020”nin açılış tədbirində çıxış edə bilmədikləri üçün virtual bir layihəyə imza atıblar.

Tanınmış musiqiçilərin iştirakı ilə Özbəkistanın qədim Xivə şəhərinin 2020-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması münasibətilə klip hazırlanıb. Layihədə 10 ölkədən 18 musiqiçi iştirak edib. Layihənin icrası TÜRKSOY-un Ankaradakı qərargahından distant yolla təmin olunub.

Qeyd edək ki, Xivə şəhərində “Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılışı mart ayının sonlarına nəzərdə tutulmuşdu, lakin pandemiya səbəbindən təxirə salındı.

Həmçinin yoxlayın

Qərb kəşfiyyatı İrandan gələn terror təhlükəsindən narahatdır

GADTB: Fransanın “Le Monde” qəzeti və Britaniyanın MI5 kəşfiyyat xidmətinin məlumatına görə, İranın Avropadakı casusluq, …

Türkiyədə Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

GADTB: Ankarada 29-30 oktyabr 2026-cı il tarixlərində keçiriləcək 13-cü Türk Dövlətləri Təşkilatı (TDT) Zirvə Görüşü …

Bir cavab yazın