Qazaxıstan İranın uran ehtiyatlarını qəbul etməyi təklif edir

GADTB: Qazaxıstan bəyan edib ki, əgər ABŞ və İran Tehranın nüvə proqramına dair razılığa gələrsə, İranın demək olar ki, silah dərəcəsinə qədər zənginləşdirilmiş uran ehtiyatlarını qəbul etməyə hazırdır.

Bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi “Financial Times” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Qazaxıstan prezidenti Tokayev Astanada keçirilən görüşdə bu varianta açıq olduğunu ifadə edib.

Qrossi bəyan edib ki, AEBA-nın artıq Qazaxıstanda az zənginləşdirilmiş uran bankı var, ona görə də «bizim bunu təhlükəsiz şəkildə saxlaya biləcəyimiz yerimiz mövcuddur».

 O qeyd edib ki, belə bir variant həm ABŞ, həm də İran üçün məqbul «ola bilər». /Azad İran

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Cəlal Derogər bir neçə saatlıq dindirilmədən sonra sərbəst buraxılıb

GADTB: Azərbaycanlı fəal Cəlal Derogər, şənbə günü, 6 tir tarixində Əhər şəhərində işlədiyi yerdə molla …

Sayın Əjdər bəy Tağızadə “Azərbaycan Səsi”ndə “ABŞ–İran danışıqları həlledici mərhələdə: Müharibə yenidən alovlanacaqmı?” mövzusunda çıxışı -Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …