Şənbə , İyul 11 2026
azfa

Rejim azərbaycanlı fəal Muctaba Pərvinı Apelyasiya Məhkəməsinə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim  azərbaycanlı milli-mədəni fəal Muctaba Pərvin Ərdəbildə yerləşən Apelyasiya Məhkəməsinə çağırdı.

Məhkəmənin elektron formada göndərilən çağırışına görə, fəal özünü müdafiə etmək üçün avqustun 14-də Apelyasiya Məhkəməsinin 1-ci şöbəsinə müraciət etməlidir.

Qeyd edək ki, azərbaycanlı fəal bundan əvvəl rejimin Ərdəbildə yerləşən 2 nömrəli Məhkəməsinin 101-ci şöbəsindəı dövlət mülkiyyətinə ziyan vurma  (ayaq zərbələri ilə polis avtomobilinə vurulan ziyan) ittihamı ilə 3 ay həbsə məhkum edilmişdi.

Rejimin polislər fəalı şərləmiş və ona qarşı iddia qaldırıb üzünə duraraq, fəalı həbsə məhkum etdirmişlər.

Həbs hökmünün çıxarılmasında rejimin Ərdəbildə yerləşən ETTELAAT İdarəsi və Polis İdarəsinin Təhlükəssizlik Bölmələri yanvar ayında fəalın dosyesi ilə bağlı təqdim etdikləri hesabatlar da xüsusi rol oynayıb.

Həmçinin yoxlayın

ABŞ-ın maliyyə naziri: Xamenei şəbəkəsinin aktivlərini İran xalq üçün qoruyacağıq

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent Müctəba Xamenei ilə əlaqəli maliyyə şəbəkəsi və iş adamı …

İranda bu il minlərlə qadın saxlanılıb

GADTB: İranda insan haqları təşkilatı – HENGAW verib ki, 2026-cı ilin ilk yarısında İranda 5 …

Bir cavab yazın