Cümə axşamı , May 15 2025
azfa

Rejim azərbaycanlı fəallar Əlirza Fərşi və Behnam Şeyxini həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məmurları Tehranda fəaliyyət göstərən türk dil haqları fəalları Əlirza Fərşi və Behnam Şeyxini iyulun 21-də Tehranda həbs edib.

Azərbaycanlı fəalların öz iş yerlərində yaxalandığı bildirilir.

Fəalların nə səbəblərə görə tutulduğu dəqiq məlum olmasa da, onların həmin gündə yaxalanan Həmid Mənafi ilə birlikdə dil hüquqları uğrunda fəaliyyətləri üzündən daha əvvəl 2 il həbs və əlavə olaraq ölkənin türk əhalisi olmayan bölgələrində 2 il sürgün cəzasına məhkum edildiyi məlumdur.

Qeyd edək ki, Azərbaycanlı fəallar Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi Nadarlı barəsində Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi  tərəfindən 10 il həbs və 2 il sürgün qərarı çıxarılmışdır.

Yanvarın 20-də isə Tehran Apelyasiya Məhkəməsinin 54-cü şöbəsi azərbaycanlı fəallar Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi Nadarlını 2014-cü ildə Tehranın yaxınlığında yerləşən Nəsimşəhrdə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün əvvəlki qərarı 2 il həbs və 2 il sürgün cəzası ilə dəyişdirmişdir.

Həmin fəallar bir neçə digər türk fəalla bərabər 2014-cü ilin fevral ayında Tehran vilayətinin Baharistan şəhərində Ana Dili Gününü qeyd etdikləri zaman nəzarət altına alınmışdılar.

Azərbaycanlı fəal Əlirza Fərşi həmçinin yanvar ayının 8-də rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmış və tərqibən üç ay sonra 400 milyon tümənlik vəsiqə qarşılığında zaminə buraxılmışdır.

Həmçinin yoxlayın

Molla rejimi Güney Azərbaycanda qızıl mədənini daha sürətli talamaq üçün meşəni məhv edir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Vərziğan bölgəsində qızıl mədənini talamaq üçün meşə zolağını məhv …

Özbəkistanda qədim türk yazılı sikkələr aşkarlanıb

GADTB: Özbəkistanda VI əsrə aid olduğu təxmin edilən türk pulu aşkarlanıb. Göytürk dövrünə aid olduğu …

Bir cavab yazın