Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Rejim azərbaycanlı milli-mədəni fəal Yunis Quluzadəni 6 ay həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 3-cü şöbəsi azərbaycanlı milli-mədəni fəal Yunis Quluzadəni (Araz) 6 ay həbsə məhrum etdi.

Rejim azərbaycanlı fəalı şərləyərək “Sistemin əleyhinə təbliğat aparmaq” və “Milli təhlükəsizliyi pozmağa cəhd”də ittiham edib.

Qeyd edək ki, azərbaycanlı fəal 2019-cu il aprelin 24-də Təbrizdə öz iş yerində rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq Təbrizdə kiber polisinin təcridxanasına aparılmışdır.

O bir gün saxlandıqdan sonra 500 milyon riallıq mülki vəsiqə qarşılığında zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …

Bir cavab yazın