Çərşənbə axşamı , Avqust 25 2026
azfa

Rejim Evin zindanında saxladığı azərbaycanlı fəalları mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Tehranın Evin zindanında saxladığı iyunun 23-də azərbaycanlı milli-mədəni fəallar Tohid Əmir Əmini və Kiyanuş Aslanini mühakimə etdi.

Azərbaycanlı fəalların rejimin Tehranda yerləşən İnqilab Məhkəməsinin 26-cı şöbəsində mühakimə olunduğu bildirilir.

Fəalların məhkəməsində rejimin ETTELAAT İdarəsinin məmurları da iştirak edib.

Tohid Əmir Əmini və Kiyanuş Aslani şərlənərək sistemin əleyhinə təbliğat aparmaq və ölkənin milli təhlükəsizliyini pozmaq məqsədi ilə toplaşma və sözləşmədə günahlandırılıb. Beynəlxalq Ana Dili Günü ilə əlaqədar braşura hazırladıqlarına görə ağır ittihamlarla qarşılaşan fəallar özlərini müdafiə edərək irəli sürülün ittihamları rədd ediblər.

Qeyd edək ki, Tohid Əmir Əmini və Kiyanuş Aslani fevral ayında Beynəlxalq Ana Dili Günü mərsimi ilə əlaqədar Tehranda yaxalanara Evin zindanına salınmışlar.

Həmçinin yoxlayın

Trampdan “İranın tamamilə dağılması” ilə bağlı yeni xəbərdarlıq

GADTB: ABŞ Prezidenti Donald Trampın “Newsmax” telekanalının yaydığı xəbəri paylaşması İran İslam Respublikası Məclisinin sədri …

Azərbaycanın “Traxtur” komandasının tərəfdarı Əhəd Əlivənddən bir həftədir xəbər yoxdur

GADTB: Malikan şəhərindən olan, Azərbaycanın “Traxtur” komandasının tərəfdarı və sosial şəbəkələrdə məzmun istehsalçısı Əhəd Əlivəndin …

Bir cavab yazın