Bazar ertəsi , İyul 20 2026
azfa

Rejimin Urmiya Azad Universitetindəki əlaltıları Salar Taha Əfşarı hədələyiblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejimin Urmiya Azad Universitetindəki əlaltıları azərbaycanlı fəal Salar Taha Əfşarı mədəni fəaliyyətinə görə Urmiya Azad Universitetindən uzaqlaşdırmaqla hədələdilər.

Azərbaycanlı mədəni fəal mərhum prof. Məhəmmədtağı Zehtabiyə anım mərasimi keçirdiyi üçün təzyiqlərə məruz qalıb.

Salar Taha Əfşar prof. Məhəmmədtağı Zehtabinin vəfatının ildönümü ərəfəsində onunla bağlı anım mərasimi təşkil edib və Urmiyanın Səma Universitetində halva paylayıb. Ona görə həmin fəal bir neçə dəfə universitetin təhlükəsizlik bölməsinə çağırılıb və hədələnib.

Azərbaycanlı fəal artıq 2019-cu fevralın 24-də telefon vasitəsi ilə “İnzibati Komitəyə” çağırılıb. Bunun azərbaycanlı fəalın son şansı olduğu bildirilir. Artıq fəaldan fəaliyyəti barədə yazılı raport verməsi tələb olunub. Lakin azərbaycanlı fəal onların istədiyi kimi, özü və digər öyrənci fəalların əleyhinə heç bir mətn yazmayıb. Bu səbəbdən onun dosyesinin “Öyrəncilərin Qərar Konseyi və Komissiya”ya göndərildiyi bildirilir.

Həmçinin yoxlayın

Gecə yarısı Təbrizdə güclü partlayışlar baş verib – Video

GADTB: Təbrizdə güclü partlayış səsləri eşidilib. İRİB-in Təbrizdən yaydığı məlumata görə, şəhərin qərb hissəsindən 3 …

İran ABŞ-ın Darxovin Atom Elektrik Stansiyasına hücum etdiyini açıqlayıb

GADTB: İran Atom Enerjisi Təşkilatı bazar günü yaydığı bəyanatda ABŞ ordusunun Xuzistan əyalətində yerləşən Darxovin …

Bir cavab yazın