Rejimin uzun müddətdir həbs etdiyi azərbaycanlı fəallara zaminə buraxılması üçün vəsiqə təyin edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin 1 il Marağa həbsxanasında həbsdə saxladığı 6 azərbaycan milli-mədəni fəalın hər birinin zaminə buraxılması üçün vəsiqə təyin edib.

Fəallara bir il həbsdən sonra rejimin Binab şəhərində yerləşən məhkəmə tərəfindən vəsiqə təyin edilib.

 Həmin fəallardan Həkimə Əhmədiyə 12 ay 15 gün həbsdən sonra 500 milyon, Məhərrəm Xoşnama 11 ay 25 gün həbsdən sonra 500 milyon, Əbülfəzl Fakuriyə bir il həbsdən sonra 500 milyon tümən, Qulamrza Rəşidiyə bir il həbsdən sonra 500 milyon, Məhəmməd Rza Qurbaniyə 11 ay həbsdən sonra 500 milyon, Əkbər Əziziyə 11 ay həbsdən sonra 700 milyon tümən vəsiqə təyin edilib.

İrqçi fars rejimin həbs edib işgəncəyə məruz qoyduğu fəallar şərlənərək, “Sistemə qarşı təbliğat”, “milli təhlükəsizliyə qarşı çıxmaq” və “xarici qruplarla əlaqə”də ittiham edib. Azərbaycanlı fəallar rejimin bu saxta ittihamlarının qətiyyətlə rədd ediblər.

Həmçinin yoxlayın

Molla rejimi Güney Azərbaycanda qızıl mədənini daha sürətli talamaq üçün meşəni məhv edir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Vərziğan bölgəsində qızıl mədənini talamaq üçün meşə zolağını məhv …

Özbəkistanda qədim türk yazılı sikkələr aşkarlanıb

GADTB: Özbəkistanda VI əsrə aid olduğu təxmin edilən türk pulu aşkarlanıb. Göytürk dövrünə aid olduğu …

Bir cavab yazın