Şənbə , İyul 11 2026
azfa

Rusiya terrorçu PKK-nın Türkiyə sərhədindən çəkilməyəcəyi təqdirdə türk ordusunun hücuma keçəcəyinə əmindir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov ölkəsilə Türkiyə arasında imzalanan Soçi razılaşmasından sonra  sahədəki vəziyyəti qiymətləndirərkən deyib ki, terror təşkilatı YPG/PKK Türkiyə sərhədlərindən cənuba çəkilməyəcəyi təqdirdə Türkiyə ilə qarşı-qarşıya qalacaq, rus hərbçiləri də onları qorumaq üçün addım atmayacaqdır.

Peskov YPG/PKK-nın təhlükəsiz bölgədən verilən tarixdə çəkilməyəcəyi təqdirdə Türk ordusu ilə qarşı-qarşıya qalacağını bildirib:

“Daha əvvəl də söyləmişdik. YPG/PKK Türkiyə sərhədlərindən cənuba çəkilməyəcəyi təqdirdə Türkiyə ilə qarşı-qarşıya qalacaq, o zaman orada onları qoruyan rus əsgəri qüvvəsi yaxud da rejim qüvvələri olmayacaq. Onlarla əlaqə saxlayıb xəbərdarlıqlarımızı etdik, yenə də xəbərdarlıq edirik. Çox çətin və mürəkkəb bir proseslə qarşı-qarşıyayıq. Bəzi axsamalar və çətinliklər ola bilər, bunu gözdən yayındırmırıq. Ancaq hər şeyin bir gecədə yaxşılaşmasını və normallaşmasını da gözləməməliyik. Bu çətin prosesi sahədə yürüdürük. Türkiyə və Rusiyanın razılaşdığı Soçi memorandumu problemsiz tətbiq olunacaq”.

Həmçinin yoxlayın

ABŞ-ın maliyyə naziri: Xamenei şəbəkəsinin aktivlərini İran xalq üçün qoruyacağıq

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent Müctəba Xamenei ilə əlaqəli maliyyə şəbəkəsi və iş adamı …

İranda bu il minlərlə qadın saxlanılıb

GADTB: İranda insan haqları təşkilatı – HENGAW verib ki, 2026-cı ilin ilk yarısında İranda 5 …

Bir cavab yazın