Bazar ertəsi , İyun 29 2026
azfa

Ruzbeh Piri: “Azərbaycan övladlarını həbs etməklə Azərbaycanın tələbləriunudulmayacaq”- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı sosial şəbəkə  fəalları Təbrizdə İran rejiminin həbs etdiyi və hazırda 3 il 8 ay həbs cəzasını çəkən azərbaycanlı siyasi məhbus Ruzbeh Pirinin videosunu paylaşıblar.

Azərbaycanlı siyasi məhbus həmin videomüraciətində deyir: “Güney Azərbaycanın övladlarını həbs etməklə Azərbaycanın tələbləri unudulmayacaq”.

Qeyd edək ki, İran ETTELAAT məmurları fevralın 12-də azərbaycanlı milli-mədəni fəal Ruzbeh Pirinin Təbrizdəki ata evinə hücum edərək onu həbs ediblər. Ruzbeh Pirinin həbsi isə “Sistemə müxalif qruplara üzvlük” ittihamı ilə şərlənərək, 3 il 8 ay həbs cəzasını məhkum edilməsi ilə bağlıdır. Azərbaycanlı fəal bundan öncə mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs və təzyiqlərə məruz qalmışdır.

Ruzbeh Piri “Təbriz” tələbə jurnalının baş redaktoru, “Müstəqil Tələbələrin İslam Cəmiyyəti” təşkilatının qurucularından biri və “Sultan Məhəmməd Fateh” kitabının tərcüməçisidir.

Həmçinin yoxlayın

Tramp son hücumdan sonra molla rejiminə sərt xəbərdarlıq etdi

GADTB: ABŞ Prezidenti Donald Tramp Truth Social platformasında paylaşdığı açıqlamada bildirib ki, İran addımlarını davam …

Azərbaycanlı fəal Cəlal Derogər bir neçə saatlıq dindirilmədən sonra sərbəst buraxılıb

GADTB: Azərbaycanlı fəal Cəlal Derogər, şənbə günü, 6 tir tarixində Əhər şəhərində işlədiyi yerdə molla …