Çərşənbə , İyul 22 2026
azfa

“Savalan qonur ayının evidir” şüarı ilə ekoloji yürüş keçirilib

GADTB: Ətraf mühit həftəsi münasibətilə Savalan dağı ətrafında “Savalanın qonur ayı tərəfdarları” adlı dağ yürüşü təşkil olunub. Tədbirdə Ərdəbil, Təbriz, Əhər və Meşginşəhr şəhərlərindən olan alpinistlər və təbiətsevərlər iştirak ediblər.

Yürüş iştirakçıları “Savalan qonur ayısız, bahar isə çiçəksiz olar” və “Savalan qonur ayının evidir” şüarları ilə bölgənin təbii yaşayış mühitinin və nadir vəhşi heyvan növlərinin qorunmasının vacibliyini vurğulayıblar.

Qəhvəyi ayı növünün qorunmasına diqqət çəkmək məqsədilə keçirilən tədbirdə iştirakçılar Savalan bölgəsinin bioloji müxtəlifliyinin əhəmiyyətindən danışıb, təbiətin mühafizəsinin gələcək nəsillər üçün vacib olduğunu bildiriblər.

Təşkilatçılar qeyd ediblər ki, proqramın əsas məqsədi ictimaiyyət arasında ətraf mühitin qorunması, təbii ekosistemlərin mühafizəsi və Savalan dağında yaşayan qonur ayıların əhəmiyyəti barədə məlumatlılığı artırmaqdır.

Həmçinin yoxlayın

Azərbaycanlı fəallar ustad Yusif Fərzanə ilə görüşüb

GADTB: Azərbaycanlı mədəni və ictimai fəal nəşriyyat və mədəniyyət sahəsinin tanınmış simalarından olan ustad Yusif …

Sayın Mikayil bəy Oytadan beynəlxalq ictimaiyyət və dünya mediasına müraciət

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti və Güney Azərbaycan Demokratik Türk Birliyinin Beynəlxalq Əlaqələr Departamentinin sədri …