Şənbə , İyun 13 2026
azfa

Təbriz İncəsənət Universitetinin azərbaycanlı tələbəsi Əliəsğər (Şapur) Əbadinin həbsi davam edir

GADTB: Təbriz İncəsənət Universitetinin azərbaycanlı tələbəsi Əliəsğər (Şapur) Əbadi hələ də həbsdə saxlanılır. Sözügedən tələbə daha əvvəl 1404-cü ilin 16 dey tarixində tələbə yataqxanasının qarşısında molla rejimin qüvvələri tərəfindən saxlanılmışdı.

Məlumata görə, Əliəsğər Əbadi bir neçə gün sonra məcburi öhdəlik sənədi imzalamağa vadar edildikdən sonra müvəqqəti olaraq azadlığa buraxılmışdı. Lakin molla rejimin qüvvələri bir neçə gün sonra Şəbüstər şəhərində yerləşən şəxsi evinə gedərək onu yenidən həbs ediblər.

Bu xəbərin hazırlandığı vaxta qədər tələbəyə qarşı irəli sürülən ittihamlar, onun saxlanıldığı yer və hüquqi vəziyyəti barədə heç bir aydın və rəsmi məlumat açıqlanmayıb. Məcburi öhdəlik alındıqdan sonra yenidən həbs edilməsi ədalətli məhkəmə prinsiplərinin pozulması, hüquqi təhlükəsizlik və fəal tələbələrə qarşı artan təzyiqlərlə bağlı narahatlıqları daha da artırıb.

Həmçinin yoxlayın

“Savalan qonur ayının evidir” şüarı ilə ekoloji yürüş keçirilib

GADTB: Ətraf mühit həftəsi münasibətilə Savalan dağı ətrafında “Savalanın qonur ayı tərəfdarları” adlı dağ yürüşü …

Molla rejimi Evin həbsxanasında siyasi məhbusların telefon əlaqəsinə maneə yradıb

GADTB: Evin həbsxanasından daxil olan məlumatlara görə, siyasi və vicdan məhbuslarının həbsxanadan kənarla telefon əlaqələrinə …