Bazar ertəsi , İyul 20 2026
azfa

Tehranın Əmir Kəbir Universitetində öyrəncilər etiraz aksiyası keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranın Əmir Kəbir Universitetində bir qrup öyrənci universitetin inzibati binası önündə etiraz aksiyası keçirib.

öyrəncilər fevralın 21-də keçiriləcək seçkilərə öz etirazını bildirib, “xalq yoxsulluq dərdindədi, bunlar rəy fikrində”, “Mizan xalqın Ağrılarıdır” şüarlar səsləndirib, eləcə də Bəharə Hedayət, Nəsrin Setudə, Nəges Məhəmmədi və Neda Nacinin azad olunmasını tələb ediblər.

Öyrəncilərin əllərində 2019-cu ilin noyabr ayında keçirilmiş etirazlar zamanı 1500 insanın öldürülməsi və Sepah tərəfindən Ukrayna hava yollarına məxsus sərnişin təyyarəsinin vurulmasına qarşı şüarları əks edən plakardlar olub.

Həmçinin yoxlayın

Gecə yarısı Təbrizdə güclü partlayışlar baş verib – Video

GADTB: Təbrizdə güclü partlayış səsləri eşidilib. İRİB-in Təbrizdən yaydığı məlumata görə, şəhərin qərb hissəsindən 3 …

İran ABŞ-ın Darxovin Atom Elektrik Stansiyasına hücum etdiyini açıqlayıb

GADTB: İran Atom Enerjisi Təşkilatı bazar günü yaydığı bəyanatda ABŞ ordusunun Xuzistan əyalətində yerləşən Darxovin …

Bir cavab yazın