Bazar ertəsi , İyul 20 2026
azfa

Türk dövlətləri başçıları Qırğız Elində toplanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Dünya Köçəbə Oyunlarının açılışı və Türk Konseyi Sammitinin açılış mərasimində Türk dövlətləri liderlərinin sentyabrın 2-də Qırğızıstana toplaşacağı bildirilir.

Qırğızıstanda açılışı keçiriləcək 3-cü Dünya Köçəbə Oyunlarının açılışına Qırğızıstan prezidenti Sooronbay Jeenbekovun dəvəti ilə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Özbəkistan prezidenti Şavkat Mirziyoyev  və Macarıstanın baş naziri Viktor Orban qatılacaqlar.

Macarıstan Baş naziri Viktor Orbanın səfəri ilə bölgə xalqlarının əlaqələrinin daha da yaxşılaşdırması gözlənilir.

Digər tərəfdən, Özbəkistan ilk dəfə tam üzv və prezident səviyyəsində iştirak edəcək. Prezident Mirziyoyev prezident Ərdoğanın dəvəti ilə Türk Mərkəzinə qatılacaqlarını açıqladı.

Həmçinin yoxlayın

Gecə yarısı Təbrizdə güclü partlayışlar baş verib – Video

GADTB: Təbrizdə güclü partlayış səsləri eşidilib. İRİB-in Təbrizdən yaydığı məlumata görə, şəhərin qərb hissəsindən 3 …

İran ABŞ-ın Darxovin Atom Elektrik Stansiyasına hücum etdiyini açıqlayıb

GADTB: İran Atom Enerjisi Təşkilatı bazar günü yaydığı bəyanatda ABŞ ordusunun Xuzistan əyalətində yerləşən Darxovin …

Bir cavab yazın