Çərşənbə axşamı , İyul 28 2026
azfa

Türkiyə bayrağı Avropanın ən yüksək zirvələrində əsk etdirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə bayrağı İsveçrədə Alp dağlarında – Avropanın ən yüksək zirvələrindən olan Matterhornda korona virusuna (Kovid-19) qarşı mübarizəni dəstəkləmək üçün əks olundu

Türkiyənin İtaliya sərhəddində yerləşən, 4788 metr yüksəklikdə olan bu məşhur dağda əks olunan ay-ulduzlu bayrağı görənlər heyran qaldı.

Zermatt Turizm İdarəsinin verilən məlumata görə, “Covid-19”la mübarizə ilə əlaqədar ölkələrlə həmrəylik nümayiş etdirmək üçün bu dəfə dağın üzərində Türkiyə bayrağı göstərilib.

İsveçrə dağlarının zirvəsindən ecazkar ay-ulduzlu Türkiyə bayrağının görüntüsü sürətlə sosial medianın baş paylaşımları olub.

Qeyd edək ki, korona virusuna qarşı mübarizəni dəstəkləmək üçün fərqli günlərdə Matterhorn zirvəsində müxtəlif ölkələrin bayraqları əks etdirilir.

Həmçinin yoxlayın

ABŞ rəsmiləri Axios-a deyiblər ki, sanksiyalar İslam Respublikasına bombardmandan daha çox zərər vura bilər

GADTB: Axios saytının yüksəkvəzifəli ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, Donald Tramp administrasiyası hesab edir …

“Elyar”ın valideynlərinin hüquqi mübarizəsi nəticə verdi

GADTB: Miyana bölgəsinin Sülh Məhkəməsinin 4-cü şöbəsi bu şəhərin Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsini azərbaycanlı …

Bir cavab yazın