Çərşənbə axşamı , İyul 28 2026
azfa

Türkiyə bu ölkənin Liviyanın bölünməsinə razı olsa bu ölkə ilə müqavilə təhlükəyə düşəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, türkiyəli hərbi ekspert Abdullah Ağar deyib ki, Türkiyə Liviyanın bölünməsinə mütləq qarşı çıxmalıdır.

“Bütün proses Haftarın əleyhinə çevrilib. Milli Razılıq Hökuməti Vatiyyə bazası yaxınlığında bir sıra ərazini ələ keçirdi. Türkiyə Liviyanın bölünməsinə razı ola bilməz. Çünki onda Tobruk Haftarın nəzarətində qalır. Bu halda bizim razılaşmanın ləğv edilməsi təhlükəsi meydana çıxar. Bu yöndə müzakirələr var. Geosiyasi proseslər başlayarsa, böyük risk yaranar. Ən azı Tobruk bizim əlimizdə qalmalıdır. Türkiyə Şimali Afrikaya, Şərqi Aralığa nəzarət etməyə başlayıb. Liviya məsələsində uduzmamaq bu anlamda olduqca önəmlidir”, – deyə Ağar bildirib.

Həmçinin yoxlayın

Azərbaycan İranın iki media qurumunun fəaliyyətini qanunsuz elan edib

GADTB: Azərbaycan Media İnkişaf Agentliyi (MEDİA) İranın “Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin Azərbaycandakı fəaliyyətinin …

Təbrizin Motojen Şirkətinin işçilərinin tətili beşinci gündür davam edir

GADTB: Təbrizdə fəaliyyət göstərən Motojen şirkətinin işçiləri beşinci gündür tətil aksiyasını davam etdirirlər. İşçilərin sözlərinə …

Bir cavab yazın