GADTB: Uluslararası terroristbaşı yeni bir terror macərası peşinə düşərkən, işğala məruz qalmış bir başqa ölkədə (İraq) öldürülür. Türk və Azərbaycan düşməni olan farsçı-şiə rejimin ən təpəsində yerləşənlərdən biri kimi insanlığa qənim kəsilən Qasım Süleymanının ölümü bir çoxlarının gizli üzünü göstərmiş oldu. Sözsüz ki, Q. Süleymanı kimi canilərin də öz çapına görə ağlayanları və tərəfdarları olacaqdır. Ancaq, Türkiyə və Azərbaycan kimi özəl ölkələrdə özündən, kimliyindən xəbərsizlərə rastlaşırıq ki, cahilcəsinə düşmənin nəşinə göz yaşı tökürlər. Bu cahilcə davranışların müdafiəsində inanılmaz faktlar da üzə çıxır. Özünü filan siyasi, ictimai və müdafiə təşkilatının lideri, öncülü və yetgilisi kimi hallandıran kimsələrin terroristbaşına qəhrəman adı verməsi və Türk, Azərbaycan, Qarabağ düşməni olan saxtakar müsəlman cümhuriyyətinə yaltaqca başsağlığı verməsi bir mənalı olaraq siyasi dələduzluqdur. Bu öz kimliyinə biganələrin davranışlarında aydınca köləlik psixoloji görünməkdədir. İnsanlıq suçundan İnterpolun qara listəsində yer alan, Yəməndə, Suriyada, Filistində, Əfqanıstanda, Iraqda, Livanda və bir çox Afriqa ölkələrində yüz minlərcə sivil və sucsuz insanın canına qıyan, İran adlanan yerdə bütün basılan milli, ictimai, sinfi ayaqlanmalarda baş rolu olan bir canı rejim parçasına neçə göz yaşı tökmək olar!?
Q. Süleymanı terrorçu molla rejimin bölgəsəl planlarını həyata keçirmək üçün sınırsız gücə malik olan terrorist ordu komandanı kimi bu günədək Qarabağın işğalda qalmasına sıcaq baxan və hər zaman Rusiya dövləti ilə koardinasiyada olan farsçı rejim yetgilisi olmuşdur. O cani, hələ iki ay bundan öncə İran adlanan yerdə haqlı etirazçılara qarşı qurşun yağdırma əmrini verənlərin biri olmuşdur. Süleymanini milli qəhrəman adına layiq görənlər yaxşı olar ki, onun qətli ilə bağlı İraqın bütün şəhərlərində küçə şənliklərinə baxaraq ibrət alsınlar.
GADTB-yə görə, bu faşist rejimin bir çox Süleymaniləri vardır. Bu rejim, Süleymani kimi cinayətkarların omuzu üstündə çirkin həyatını sürdürməkdədir. Bu cinayətkar rejimə ümid bağlayıb yaltaqlıq edənlər bir dəfəlik bu gerçəyi bilməlidirlər ki, minlərcə Süleymanilər bəsləmiş farsçı rejimdən onlara dost olmaz! Bu soydaşlar, gec olmadan millətimizdən üzr istəməli, özlərini təmizə çıxarmalıdırlar. Yoxsa, heç kəsin hesab-kitabı tarixin yaddaşından silinməyəcəkdir.
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)