Çərşənbə axşamı , Avqust 25 2026
azfa

Vali dolayı yolla rejimin Güney Azərbaycanda müstəmləkə siyasətinin nəticələrinə etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şərqi Azərbaycan valisi Məhəmədrza Purməhəmmədi dolayı yolla rejimin Güney Azərbaycanda müstəmləkə siyasətinin nəticələrinə etiraf etdi.

Şərqi Azərbaycanın ziyalı xanımlar və müdir qadınları ilə keçirilən iclasda çıxış edən vali deyib: “Şərqi Azərbaycanın başlıca problemi elit və ziyalı təbəqəsinə mənsub insanların əyalətdən köçməsidir. Artıq kəndlilərin şəhərə köçməsi məsələsi gündəmdə deyil. Əsas məsələ sərmayə sahibləri və elit təbəqəyə mənsub insanların vilayəti tərk etməsidir. Bunun nəticəsində həm əhalimizin sayı azalır, həm də büdcəmizə mənfi təsir göstərilir. İqtisadi inkişafa təkan verə biləcək qüvvələrin vilayətdən köçməsi iqtisadiyyatımızı tənəzzülünə uğradır. Belə davam edərsə, biz gələn 10 il ərzində Şərqi Azərbaycanda cəmiyyətin qocalmasına şahid olacayıq”.

Vali bölgədə yaşanan işsizlik probleminə də toxunaraq deyib: “Şərqi Azərbaycanda işsizlşiyin səviyyəsi 10.3 faizdir. Bu rəqəm ali təhsilli kişilər arasında 22 və qadınlar arasında 32 faizdən ibarətdir.

Bizim vilayətdə məşğulluq səviyyəsi də çox aşağıdır. Lakin qeyrətli kişilərimizin sayəsində ictimai böhran yaşamırıq. Kişilər heç zaman demədilər ki, bizə pul verin. Onlar başqa yerlərdə işləyib ailələrinin güzəranını təmin etdilər”.

Qeyd edək ki, irqçi fars rejim müstəmləkə siyasəti ilə Güney Azərbaycanda fabrik, zavod və elmi-texniki müəssisələr tikilmir. Nəticədə buradan beyin və sərmayə axını güclənir. Bu isə Güney Azərbaycanı ciddi problemlərlə qarşı-qarşıya qoya bilər.

Həmçinin yoxlayın

Trampdan “İranın tamamilə dağılması” ilə bağlı yeni xəbərdarlıq

GADTB: ABŞ Prezidenti Donald Trampın “Newsmax” telekanalının yaydığı xəbəri paylaşması İran İslam Respublikası Məclisinin sədri …

Azərbaycanın “Traxtur” komandasının tərəfdarı Əhəd Əlivənddən bir həftədir xəbər yoxdur

GADTB: Malikan şəhərindən olan, Azərbaycanın “Traxtur” komandasının tərəfdarı və sosial şəbəkələrdə məzmun istehsalçısı Əhəd Əlivəndin …

Bir cavab yazın