Yunanıstan Türkiyə inkişafda olan müdafiə gücündən qorxuya düşüb

GADTB: Yunanıstan mediası yazıb ki, Türkiyə modernləşdirilmiş F-16 donanması, “Tayfun” tədarükü, KAAN layihəsi və güclü müdafiə sənayesi infrastrukturu ilə 2030-cu ilə qədər hava gücünü əhəmiyyətli dərəcədə artıracaq.

Bildirilib ki, Ankara Afina ilə müqayisədə say üstünlüyünü qoruyub saxlayacaq və bölgədəki ən inkişaf etmiş hava qüvvələrindən birinə sahib olacaq.

Təhlildə Türkiyənin əldə etməyi planlaşdırdığı “Tayfun” qırıcı təyyarələri xüsusilə vurğulanıb.

Bildirilib ki, AESA radarı ilə təchiz olunmuş bu platformalar Avropanın ən qabaqcıl qırıcı təyyarələrindən biri hesab olunur və Türkiyə Hərbi Hava Qüvvələrinin əməliyyat imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.

Bundan başqa, milli qırıcı təyyarə “Kaan”ın 2030-cu ilə qədər istifadəyə verilməsinin gözlənildiyi və layihənin Türkiyənin uzunmüddətli hava gücü vizyonunun ən vacib elementlərindən biri olduğu qeyd olunub.

Həmçinin yoxlayın

Tramp son hücumdan sonra molla rejiminə sərt xəbərdarlıq etdi

GADTB: ABŞ Prezidenti Donald Tramp Truth Social platformasında paylaşdığı açıqlamada bildirib ki, İran addımlarını davam …

Azərbaycanlı fəal Cəlal Derogər bir neçə saatlıq dindirilmədən sonra sərbəst buraxılıb

GADTB: Azərbaycanlı fəal Cəlal Derogər, şənbə günü, 6 tir tarixində Əhər şəhərində işlədiyi yerdə molla …