Cümə , İyun 26 2026
azfa

Ərdəbil zindanında bir məhbus on gündür dəmir çəpərə zəncirlənib

GADTB-nin “hra-news” insan haqları saytına istinadən yaydığı məlumata görə, Ərdəbil zindanında müvəqqəti saxlanılan Əfşin Seyyfulla oğlu Vəlipur on gündür zindan rəsmiləri tərəfindən zindanın karantin hissəsində əlləri və ayağından çəpər millərinə zəncirlənib.

Məlumata görə həmin məhbus qeyri-əxlaqi cinsi əlaqədə ittiham edilərək yaxalanıb. Əfşin Seyyfulla oğlu Vəlipur həbsxanada başqa bir məhbusla savaşdığına görə noyabr ayının 13-dən karantinə köçürülərək çəpərə zəncirlənib. Məhbusun cismi vəziyyətindən heç bir məlumatın olmadığı qeyd edilir.

Qeyd edək ki, İran adlanan ölkənin həbsxanalarında, o cümlədən də Ərdəbilin zindanında məhbuslara qarşı belə qeyri-insani hallara çox rast gəlinir.

Həmçinin yoxlayın

ABŞ Türkiyəyə 700 milyon dollarlıq reaktiv mühərrik satır

GADTB: ABŞ Türkiyəyə 700 milyon dollarlıq reaktiv mühərrik satışı ilə bağlı razılığa gəlib. Bu barədə …

ABŞ körfəzdəki bazalarının bir hissəsini İsrailə köçürməyi nəzərdən keçirir

GADTB: “Wall Street Journal” qəzetinin yaydığı məlumata görə, ABŞ Yaxın Şərqdəki hərbi qüvvələrinin yerləşdirilməsini yenidən …