Cümə , İyun 26 2026
azfa

Ərdəbildə daha iki həlak olan etirazçının şəxsiyyəti müəyyən edilib

GADTB: Daha iki nəfərin şəxsiyyəti təsdiqləndikdən sonra, indiyədək Ərdəbildə molla rejimin qüvvələrinin açdığı atəş nəticəsində həyatını itirən 4 etirazçının kimliyi məlum olub. Həlak olanlar bunlardır: Əşkan Qolami (19 yaş), Əşkan Şəhbazi (20 yaş), Mobin Əslani (19 yaş) və Əli Şirməhəmmədi (40 yaş).

Bundan əlavə, Əlirza Qulizadə (28 yaş) — Ərdəbil vilayətinin Givi bölgəsinin Zaviye Zərrəcabad kənd sakini — Tehran şəhərində keçirilən etirazlar zamanı İran rejiminin qüvvələri tərəfindən öldürülüb. Onun nəşi iki gün əvvəl ailəsi tərəfindən doğulduğu kənddə dəfn edilib.

Etibarlı mənbələrin məlumatına görə, bu şəhərdə keçirilən etirazlar zamanı “onlarla” insan həlak olub, yüzlərlə nəfər isə yaralanıb.

Həmçinin bildirilir ki, Ərdəbildə son günlərdə baş verən etirazlar zamanı “onlarla” etirazçının hər iki gözü güllə yaralanması nəticəsində tamamilə zədələnərək funksiyasını itirib. Bir çox hallarda isə etirazçıların bir gözü tibbi müdaxilə ilə müalicə olunub.

Bu məlumatlar Ərdəbildə etirazların ağır insan itkiləri və ciddi fiziki xəsarətlərlə müşayiət olunduğunu göstərir.

Həmçinin yoxlayın

CoinEx İran vəsaitlərinin əsas kriptovalyuta mərkəzinə çevrilib

GADTB: The Wall Street Journal yazır ki, blokçeyn məlumatlarına əsasən, Seyşel adalarında yerləşən CoinEx kriptovalyuta …

İran Hörmüz boğazında alternativ marşrutlarla bağlı xəbərdarlıq etdi

GADTB: İran İslam Respublikasının xarici işlər nazirinin müavini hökumətin müəyyən etdiyi qaydalardan kənar marşrutlardan istifadə …