Aylıq Arxivlər: Noyabr 2025

Urmiya gölünün quruması 99 faizi keçdi – göl demək olar ki, tamamilə yoxa çıxıb

GADTB: Son araşdırmalar göstərir ki, Urmiya gölü demək olar ki, tamamilə quruyub və artıq yalnız tarixi səthinin təxminən 10 faizi qədər su qalıb. Gölün yerində indi geniş duz və çirklənmə sahəsi yaranıb. Zəlzələ Araşdırmaları İnstitutunun tədqiqatçısı, Məhədi Zare bildirib ki, 9 Aban 1404 (30 oktyabr 2025) tarixində aparılan müşahidələrə əsasən, …

Ətraflı oxu »

Təbrizdə “Ölüləri qoylayın” adlı türkcə tamaşa səhnəyə çıxır

GADTB: Güney Azərbaycanın Təbriz şəhərində “Ölüləri qoylayın” adlı türkcə teatr tamaşası bu həftədən etibarən səhnəyə qoyulur. Tamaşanın əsas mövzusu müharibə deyil, sülh, insanlıq və birgəyaşayış ideyasıdır. Tamaşa 6 noyabrdan etibarən hər gün saat 19:30-da Təbrizin 29 Bahman Mədəniyyət və İncəsənət Kompleksində nümayiş olunacaq. 13 yaşdan yuxarı tamaşaçılar üçün tövsiyə olunan …

Ətraflı oxu »

Türkiyə Zəfər Günü ilə bağlı F-16-ları Azərbaycana göndərir

GADTB: Noyabrın 8-də Zəfər Günü münasibətilə Bakıda keçiriləcək hərbi paradda Türkiyənin Hərbi Hava Qüvvələrinə məxsus 6 ədəd F-16 qırıcısı iştirak edəcək. Bunu Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk həftəlik brifinqdə deyib. “Azərbaycanın Zəfər Günü münasibətilə keçiriləcək təntənəli tədbirlərdə Türkiyə Respublikasının Prezident Qvardiyasının nümayəndə heyəti və Hərbi Hava Qüvvələrinə məxsus …

Ətraflı oxu »

Zəncanda əhalidən simvolik etiraz: “Su yoxdur, pul yoxdur, sanksiya var” -Video

GADTB: Zəncan şəhərində bir qrup əhali şəhərin piyada körpülərindən birinə “Psixoloji savaş? Su yoxdur, pul yoxdur, sanksiya var” sözləri yazılmış plakat asaraq İran hakimiyyətinin idarəçilik uğursuzluğuna, su böhranına və ağırlaşan yaşam şəraitinə etiraz ediblər. Güney Azərbaycanın Zəncan şəhərində keçirilən bu aksiya hökumətin iqtisadi böhran, su problemi və sosial tələblərə cavabsız …

Ətraflı oxu »

Evin həbsxanasında azərbaycanlı siyasi məhbuslar Vədud Əsədi və Tahir Nəqəvinin aclıq aksiyası davam edir; onların sağlıq durumu ağırlaşır

GADTB: Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbuslar – Vədud Əsədi və Tahir Nəqəvinin aclıq aksiyası bir həftədən çoxdur ki, davam edir. Onlar bir qrup digər azərbaycanlı məhbusla birlikdə ədalətsizlik, sistemli ayrı-seçkilik, istintaq prosesinin qeyri-qanuni aparılması və tibbi xidmətə biganəlik səbəbilə aclıq aksiyasına başlamışdılar. Məlumata görə, digər məhbuslar artıq aclığı dayandırsa …

Ətraflı oxu »

Avstraliya parlamenti SEPAH-ı terror təşkilatı kimi tanımağa icazə verən qanunu qəbul edib

GADTB: Bu gün Avstraliya parlamenti, hökumətə xarici dövlət qurumlarını və ya onların üzvlərini terrorçuluğa dəstək verdikləri təqdirdə terror qruplaşması kimi müəyyən etməyə icazə verən qanun layihəsini qəbul edib. Qanun, SEPAH-ın Avstraliyada törədilən terror hücumlarında rolunun aşkar edilməsindən sonra hazırlanıb. Qanun layihəsi “Cinayət Qanununa Dəyişiklik: Terrorizmin Dövlət Sponsorları 2025” adı ilə …

Ətraflı oxu »

İran zənginləşdirilmiş uranın bütün ehtiyatını qoruyub saxlayıb

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi “Financial Times”a müsahibəsində bildirib ki, İsrail və Amerikanın hücumlarına baxmayaraq, 60% zənginləşdirilmiş uranın, demək olar ki, hamısı hələ də İranda qalıb. Onun sözlərinə görə, İran hakimiyyəti hələ də agentliyin müfəttişlərini ölkənin əsas nüvə obyektlərinə – Fordo, Natanz və İsfahana buraxmayıb. “Ziyan …

Ətraflı oxu »

Quşçay şəhərində “Cığatı” çayının qurudulub, yatağın ağacları kəsilir

GADTB: Bu il minilliklərdir axan Cığatı çayı yaz fəslinin sonlarından etibarən Quşçay şəhərinin aşağı axın hissəsində tamamilə quruyub. Şəhər idarəetmə orqanları – o cümlədən bələdiyyə, rayon icra hakimiyyəti və Su təsərrüfatı idarəsi – “çay yatağının təmizlənməsi və abadlaşdırılması” adı altında birgə fəaliyyət göstərərək əslində çayın təbii ekosistemini, xüsusilə də onilliklər …

Ətraflı oxu »

Edam əleyhinə kampaniya genişlənir: Ehsan Fəridinin edam hökmünün ləğvi tələb olunur

GADTB: “Cənubi Azərbaycanın milli–mədəni fəalları tərəfindən edam cəzasına etiraz və Ehsan Fəridinin edam hökmünün ləğvi tələbi” ilə bağlı imza kampaniyası həm ölkə daxilində, həm də xaricdə daha geniş dəstək qazanıb. Əsas petisiyada imzaların sayı 600-ü, onlayn versiyada isə 100-dən çox imzanı keçib. Azərbaycan türkcəsi, fars və ingilis dillərində yayımlanan bu …

Ətraflı oxu »

Güney Azərbycanda Qurugöl həmişəlik məhv olmaq təhlükəsi ilə qarşılaşıb

GADTB: Şərqi Azərbaycanın Ətraf Mühitin Mühafizəsinin rəisi Məhəmməd Hüseyn Həsənzadə deyib ki, su təchizatı kanallarının köhnəlməsi və dağılması Qurugöl beynəlxalq bataqlıq ərazisinə suyun verilməsinin qarşısını alıb və bu tendensiya davam edərsə, Qurugöl həmişəlik məhv olmaq riski ilə üzləşəcək. O, ekoloji fəlakətin qarşısının alınması üçün təcili tədbirlər görülməsinin və su nəqli …

Ətraflı oxu »