İrqçi fars rejimi Milli Hökumətin təsis etdiyi Təbriz Universitetinin tarixini təhrif edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyun ayının 12-i Təbriz Universitetinin təsis edilməsinin 72-ci ildönümü olduğu halda, irqçi fars rejimə bağlı rəsmilər avqust ayının 29-da 70-ci ildönümü mərasiminin keçiriləcəyini elan ediblər.

İranlı rəsmilər bununla universitetin Azərbaycan Milli Hökuməti tərəfindən deyil, Pəhləvi dövründə təsis edildiyini sübut etməyə çalışır.

Qeyd edək ki, tarixi sənədlərə görə, universitet 1946-ci il iyunun 12-də hökumət başçısı Seyid Cəfər Pişəvəri tərəfindən rəsmən açılıb. Təbriz Universiteti Pəhləvi ordusu Azərbaycana daxil olub əhalini qətl etdikdən sonra hərbçilərin hücumuna məruz qalıb və bir hissəsi dağılıb. Bundan sonra türk dilinə düşmən olan Pəhləvi rejimi universiteti bir neçə illik bağlayıb.

 

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …

Bir cavab yazın