Azərbaycan İnsan Haqları cəmiyyəti – Ərk azərbaycanlı siyasi məhbusları vəziyyəti ilə bağlı BMT-yə hesabat göndərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan İnsan Hüquqları Cəmiyyəti – Ərk irqçi fars rejimin zindanlarında həbsdə olan azərbaycanlı fəallar və siyasi məhbusların vəziyyəti ilə bağlı Birləşmiş Millətlər Təşkilatına hesabat göndərdiyi barədə məlumat yayıb.

Cəmiyyət bildirib ki, Azərbaycan əhalisi və insan hüquqları təşkilatlarının təkidinə baxmayaraq zindanlarda koronavirus infeksiyasının geniş yayıldığı dövrdə azərbaycanlı siyasi məhbuslar Abbas Lisani, Tövhiq Əmir Əmini, Lətif Həsəni, Məhəmməd Əbdulməhəmmədzadə və başqa azərbaycanlı fəallar zaminə buraxılmayıblar.

Ərk-in hesabatında bildirilib ki, zindanlarda tutumundan artıq məhbusun saxlanılır, tibbi imkanların məhduddur və təmizliyə riayət edilmir. Bu vəziyyətdə tanınmış azərbaycanlı fəal Abbas Lisaninin həbsdə olan fəallar və özünün məzuniyyətə buraxılması ilə bağlı tələbinə hələ də cavab verilməyib.

Hesabatda həmçinin yazılıb: “İnsan hüquqları fəalları Ərdəbil zindanından etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, zindanın 1 və 6-ci bölmələrinin 8 məhbusu koronavirus xəstəstəliyinin əlamətləri ilə zindanın poliklinikasına köçürülüb. Lakin xəstəxanaya aparılmadan yenidən digər məhbusların  yanına qaytarılıblar. Onlardan ikisinin vəziyyəti ağır olub..

Azərbaycan İnsan Hüquqları Cəmiyyəti – Ərk bu məsələ ilə bağlı narahatlığını bildirərək zindana baxış keçirilməsi və azərbaycanlı siyasi məhbuslar, o cümlədən Abbas Lisani, Lətif Həsəni, Tövhid Əmir Əmini və Məhəmməd Əbdulməhəmmədzadənin zaminə buraxılmasını tələb edir”.

Qeyd edək ki, Azərbaycan İnsan Hüquqları Cəmiyyəti – Ərk-in  müdiri Jalə Təbrizi bu hesabatı BMT ilə yanaşı Ümumdünya Səhiyyə Təşkilatına göndərib.

Həmçinin yoxlayın

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Urmiya gölünün su payı dövlətin laqeydliyi üzündən oğurlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin laqeydliyi və nəzarət etmədiyi üçün …

Bir cavab yazın