Rejim yenidən azərbaycanlı fəal Kərim Boksoru yaxalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin təhlükəsizlik orqanları  azərbaycanlı milli-mədəni fəal və tanınmış idmançı Kərim İsmayılzadəni (Kərim Boksor) yenidən aprel ayının 27-də yaxalayıb.

Hələlik fəalın hansı səbəbə görə yaxalanması bardəd dəqiq məlumat yoxdur.

Qeyd edək ki, azərbaycanlı fəal fevralın son günlərində irqçi fars rejimin Azərbaycanın böyük bir hissəsini kürdləşdirmək məqsədilə Qərbi Azərbaycana təyin etdiyi kürd vali Məhəmməd Mehdi Şəhriyarinin şikayəti əsasında şərlənərək ictimai rəyi təhriketmə ittihamı ilə ETTELAAT İdarəsinin məmurları tərəfindən yaxalanmış və bir neçə gün sonra zaminə buraxılmışdır.

Rejimin azərbaycanlı fəalı yaxalamasının əsas məqsədi onun Azərbaycan türk millətinin hüquqlarını müdafiə etməsinə mane olmaqdır. O son günlərdə yoxsul ailələrə ərzaq yardımı paylamışdır.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib. …

Molla rejimi Urmiyada onlarla sosial media fəalını məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Güney Azərbaycanın qərb bölgəsi, xüsusilə Urmiyada …

Bir cavab yazın