Çərşənbə , Oktyabr 21 2026
azfa

İran rejimi yaxaladığı azərbaycanlı fəal Vədud Əsədinin vəsiqə qarşılığında zaminə buraxılmasına mane olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi yaxaladığı azərbaycanlı fəal Vədud Əsədinin vəsiqə qarşılığında zaminə buraxılmasına mane olub.

Azərbaycanlı fəal Vədud Əsədinin zaminə buraxılması üçün Rəştin Ümumi və İnqilab Məhkəməsi tərəfindən 170 milyon tümənlik vəsiqə təyin edildiyi bildirilir. Lakin rejimin həmin məhkəməsi dosyenin təkmil olmadığı bəhanəsi ilə fəalın zaminə buraxılmasına mane olub.

Qeyd edək ki, İran rejiminin məmurları oktyabrın 30-da Gilanın Rəşt şəhərində yaşayan azərbaycanlı milli fəal Vədud Əsədinin evinə hücum etmişdi.

Rejimin məmurlar Vədud Əsədini  yaxalayıb və ona aid kompüteri, eləcə də mobil telefonu müsadirə etmişdilər. Məmurlar həmçinin azərbaycanlı fəalın ailə üzvlərinə aid 4 ədəd mobil telefonu da özləri ilə aparmışdılar.

Bundan öncə Vədud Əsədi bir neçə dəfə İran rejiminin məmurları tərəfindən həbs olunub və ya rejimin məmurları tərəfindən təhdidlərə məruz qalmışdı.

Azərbaycanlı fəal İkinci Qarabağ savaşı zamanı da İranın Ermənistana yardımına etiraz etdiyi üçün 13 gün müddətinə yaxalanmışdı.

Həmçinin yoxlayın

Tramp: İran üzərində qələbəyə necə nail olacağımız barədə yalnız yekun qərarı vermək qalır

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 20-si, çərşənbə axşamı İranla müharibənin “çox tezliklə” başa çatacağına …

“TankerTrackers”: İrandan Çinə xam neft idxalı sürətlə azalır; neft saxta sənədlərlə Malayziya, İndoneziya, İraq və Oman nefti kimi rəsmiləşdirilir

GADTB: Neft tankerlərinin hərəkətini izləyən “TankerTrackers” şirkəti neft və enerji bazarı üzrə ixtisaslaşmış əmtəə bazarı …