Cümə axşamı , Oktyabr 22 2026
azfa

Amerika: İran atom anlaşması qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməkdə ciddi görünmür

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, Amerika xarici işlər naziri Antoni Blinken diplomatiyanın uğursuz olduğu halda Vaşınqtonun başqa yollara əl atacağını deyib.

Blinken dekabrın 3-də verdiyi açıqlamasında əlavə edib: “Atom anlaşması üzrə müzakirələrin yeddinci mərhələsi dayandırılıb. Çünki, İran atom anlaşması qarşısında qarşılıqlı öhdəliklərini yerinə yetirməkdə “ciddi” görünmür”.

O, “Reuters” ajansına bildirib: “Amerika icazə verməyəcək ki, İran danışıqlarda vaxt qazanaraq atom proqramını inkişaf etdirsin. Diplomatiya uğursuz olacağı halda, Amerika başqa variantlara əl atacaq”.

“İki gün öncə şahidi olduq ki, İran anlaşmanın qarşılıqlı öhdəliklərinə qayıtmağın zəruri olması ilə bağlı ciddi deyil. Buna görə də, biz Vyanada atom danışıqlarının yeddinci mərhələsini dayandırdıq”, – deyə Blinken vurğulayıb.

Həmçinin yoxlayın

İsrail qırıcıları İran sərhədinə qədər hücum məşqi edib

GADTB: “Foks Nyus” telekanalı oktyabrın 21-i, çərşənbə günü səhər saatlarında xəbər verib ki, İsrail qırıcıları …

Molla rejimi azərbaycanlı milli fəal Mehrdad Qadirini Təbrizdə həbs edib

GADTB: Azərbaycanlı milli fəal Mehrdad Qadiri oktyabrın 21-də, çərşənbə günü, yerli vaxtla saat 11 radələrində …