İranın energetika naziri Ermənistan baş nazirinin müavini ilə görüşüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Energetika Nazirliyinin məlumatına görə, energetika naziri Əliəkbər Mehrabian və İran-Ermənistan Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının iranlı həmsədrinin başçılığı ilə İranın yüksək səviyyəli nümayəndə heyəti İrəvana səfər edib.

İran nüməyəndə heyəti ilə İran-Ermənistan Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının ermənistanlı həmsədri Mqer Qriqoryan və Ermənistan baş nazirinin müavini, o cümlədən hər iki ölkənin yüksək vəzifəli rəsmiləri arasında nahar ziyafətində ilkin koordinasiya iclası keçirilib.

İki ölkənin çoxlu sayda nazir müavinləri, yüksək vəzifəli şəxsləri, səfirləri və parlament üzvlərinin iştirak etdiyi görüşdə iki ölkə arasında əlaqələrin inkişafında əsas rol oynayan mühüm məsələlər müzakirə edilib.

Görüş zamanı tərəflər İran-Ermənistan Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 17-ci iclasının keçirilməsinin məqsədinin iki ölkə arasında əlaqələrin real inkişafı olduğunu bildiriblər və tərəflər birgə layihələrinin və mühüm məsələlərin həyata keçirilməsində ciddi olduqlarını vurğulayıblar./”Azad İran”

Həmçinin yoxlayın

Amerika və İran nümayəndə heyətləri İsveçrədə

QADTİB: Amerika Birləşmiş Ştatları və İran rejiminin nümayəndə heyətləri bu gün İsveçrənin Burgenştok kurortuna gəliblər. …

Hüseyn Şeirbafipurun həyatı Təbriz həbsxanasında təhlükə altındadır

QADTB: Hüseyn Şeirbafipur 18 dey etirazları zamanı Təbrizdə saçma güllələrinin hədəfinə çevrilib və ağır yaralandıqdan …