Cümə , Avqust 28 2026
azfa

Güney Azərbaycanın gölləri və su bəndlərini qurudan İran Yəzd, İsfahan və s. fars şəhərlərin körfəzdən su çəkir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın gölləri və su bəndlərini qurudub Güney Azərbaycanı çölə çevirən İran Yəzd, İsfahan və s. fars şəhərlərin körfəzdən su çəkir.

İranın irqçi fars rejimi Yəzdə Oman dənizindən su çəkəndən sonra, indi də körfəzdən Şiraz və İsfahana su çəkir. Fars çöllərini milyardlar xərcləməklə gülüstana çevirən İran qəsdən Azərbaycanı çölə çevirir.

Güney Azərbaycanın Həmədan əyalətinin Ekbatan su bəndi də digər Azərbaycan şəhərlərində olduğu kimi tamamilə qurudulub.

Sosial şəbəkələrdə 36 milyon kubmetr su tutumu olan bəndin Həmədan şəhərinin suya olan ehtiyacının 60 faizini təmin etdiyi qeyd olunub.

Bəndin arxasında suyun qalmaması səbəbindən su çatışmazlığı böhranının daha da şiddətlənəcəyi bildirilir.

İran rejimi Urmiya gölünü də qəsdən qurudub və Azərbaycanı xarabalığa çevirib.

Həmçinin yoxlayın

Tramp: Hörmüz boğazı açıqdır; İran yenidən ABŞ-ın hücumuna məruz qalmaq istəmir

GADTB: ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açıq olduğunu bildirib və İran rejiminin Vaşinqtonla qarşıdurmanı …

Bessent: İran rejiminin tərəfdarları dollara və qlobal maliyyə sisteminə çıxış əldə etməməlidirlər

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent ABŞ Maliyyə Nazirliyinin Birləşmiş Ərəb Əmirliklərindəki Misir Bankının filialına …