Cümə , Avqust 28 2026
azfa

Əkbər Nəiminin azadlığa buraxılması üçüm BMT-nin İnsan Haqları Ali Komissarlığına müraciət

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin həbs etdiyi azərbaycanlı milli fəal Əkbər Nəiminin azadlığa buraxılması üçüm Azərbaycan İnsan Haqları Mərkəzi BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığına müraciət ünvanlayıb.

Azərbaycan İnsan Haqları Mərkəzinin sosial şəbəkə hesabında yayılan məlumata görə, həmin mərkəzin müraciətində faktlarla Tehranın Evin zindanının 4-cü bölməsində həbsdə saxlanılan azərbaycanlı siyasi məhbus Əkbər Nəiminin həbsi ilə bağlı ittihamların saxta olduğu qeyd olunub.

Mərkəz BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığından azərbaycanlı siyasi məhbusun dərhal azadlığa buraxılması üçün molla rejiminə təzyiq göstərməsini tələb edib.

Qeyd edək ki, Əkbər Nəimi 2020-ci il yanvarın 22-də çalışdığı İranın milli hava yolları şirkətinin təmir bölməsində yaxalanaraq təxminən 2 ay təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanıldıqdan sonra 200 milyon tümənlik girov qarşılığında Evin zindanından zaminə buraxılmışdı.

Əkbər Nəimi şərlənərək, “Qanunsuz qrupa üzv olmaq”, “Milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” və “Rejimin müxalif qruplarının xeyrin təbliğat aparmaq” ittihamları ilə müvafiq olaraq 5 il, 4 il və 8 ay həbs cəzasına məhkum edilib.

İrqçi fars rejim Əkbər Nəimini sadəcə Azərbaycan uğrunda mədəni fəaliyyətlərinə görə 9 il 8 ay həbs cəzasına məhkum edib. Qərar rejimin Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənib və o Tehranın Evin zindanında həbs cəzasını çəkməkdədir.

Əkbər Nəimi həmçinin 2 il müddətinə xaric çıxması, eləcə də siyasi partiyalara və ictimai qruplara üzv olmasına da qadağa qoyulub.

Güney Azərbaycanın Xoy şəhərindən olan azərbaycanlı fəal Əkbər Nəimi iyunun 19-da Təbrizdə rejimin məmurları tərəfindən həbs edilərək Tehranın Evin zindanına köçürülmüşdü.

İranın Ali Məhkəmənin 9-cu bölməsi Seyid Məhəmmədrza Fəqihi və Zəhra Minuinin müdafiə etdiyi Əkbər Nəiminin məhkəmə işinə baxılmışdır.

Məhkəmə azərbaycanlı fəala qarşı “Qanunsuz təşkilata üzv olmaq” və “Ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq” ittihamları ilə çıxarılan qərarı ləğv etmişdir.

Ali məhkəmə azərbaycanlı fəal barədə qeyd olunan ittihamlarla açılan cinayət işinə yenidən baxılması üçün onun dosyesini Tehranın Apellyasiya Məhkəməsinə göndərmişdi.

Həmçinin yoxlayın

Tramp: Hörmüz boğazı açıqdır; İran yenidən ABŞ-ın hücumuna məruz qalmaq istəmir

GADTB: ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açıq olduğunu bildirib və İran rejiminin Vaşinqtonla qarşıdurmanı …

Bessent: İran rejiminin tərəfdarları dollara və qlobal maliyyə sisteminə çıxış əldə etməməlidirlər

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent ABŞ Maliyyə Nazirliyinin Birləşmiş Ərəb Əmirliklərindəki Misir Bankının filialına …