Şənbə , İyun 27 2026
azfa

Nərgiz Məhəmmədi İran rejiminin mıktəbliləri qəsdən zəhərlədiyini deyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycandan olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədi qızların təhsil aldığı orta məktəblərdə kütləvi zəhərlənmələrə görə İran hakimiyyətinin məsuliyyət daşıdığımı deyib.

Hazırda Tehranın Evin həbsxanasında 10 il 8 ay həbs cəzasını çəkməkdə olan Nərgiz Məhəmmədi bu barədə bəyanat yayaraq bildirib: “Qadın və qızlar etiraz aksiyalarında fəal iştirak etdiyinə görə, İran hökuməti onlardan qısas alır və qızların təhsildən uzaqlaşdırılmasına çalışır”.

Hüquq müdafiəçisi İran hakimiyyəti ilə Taliban hökumətinin qadınlara qarşı mövqelərinin eyni olduğunu deyib: “Hər ikisi də mahiyyətcə eynidir. Sadəcə Taliban qadınlara qarşı mövqeyini tribunalardan bəyan edir, İran hökuməti isə bunu məkrli siyasətlə həyata keçirir”.

Həmçinin yoxlayın

CoinEx İran vəsaitlərinin əsas kriptovalyuta mərkəzinə çevrilib

GADTB: The Wall Street Journal yazır ki, blokçeyn məlumatlarına əsasən, Seyşel adalarında yerləşən CoinEx kriptovalyuta …

İran Hörmüz boğazında alternativ marşrutlarla bağlı xəbərdarlıq etdi

GADTB: İran İslam Respublikasının xarici işlər nazirinin müavini hökumətin müəyyən etdiyi qaydalardan kənar marşrutlardan istifadə …