Təbrizin kombayn zavodunun işçilərinə əməkhaqları ödənilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Təbrizin kombayn zavodunun işçilərinə əməkhaqları ödənilmir.

Bu barədə zavodun işçiləri sosial şəbəkə hesablarında məlumat veriblər.

Məlumata görə artıq 4 aydır Təbrizin “Səhənd” kombayn zavodu işçilərinin əməkhaqları ödənilmir.

Onlar bildiriblər ki, təxminən 20 il öncə müəssisədə 500 nəfər çalışırdı. Daha sonra əməkdaşların əksəriyyəti işdən çıxarılıb.

Zavod hazırda 50-55 əməkdaşla fəaliyyət göstərir.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …