Şənbə , İyun 13 2026
azfa

ABŞ qüvvələri Bəndər Abbas limanına doğru hərəkətdə olan İran gəmisini “dəniz blokadasının pozulması” səbəbi ilə dayandırıb

GADTB: ABŞ qüvvələri bazar günü Bəndər Abbas limanına doğru hərəkətdə olan İran gəmisini “dəniz blokadasının pozulması” səbəbi ilə dayandırıb

Məlumatı ABŞ Mərkəzi Komandanlığı yayıb.

Bəyanatda qeyd olunur ki, idarə olunan raketlərlə təchiz edilmiş USS Spruance esminesi “Toska” gəmisini Ərəb dənizinin şimalında izləyib və “bu gəminin ABŞ blokadasını pozduğu barədə bir neçə dəfə xəbərdarlıq edib.”

Gəmi heyəti “altı saat ərzində təkrar edilən xəbərdarlıqlara məhəl qoymadıqdan sonra” ABŞ hərbi gəmisi mühərrik bölməsinin boşaldılması barədə göstəriş verib və daha sonra “5 düymlük topdan bir neçə mərmi ataraq gəminin hərəkət sistemini sıradan çıxarıb.”

ABŞ rəsmiləri qeyd ediblər ki, dəniz piyadaları daha sonra gəmiyə çıxıb və hazırda bu gəmi “ABŞ-nin nəzarəti altındadır.”

https://t.me/GADTB1/52220

Həmçinin yoxlayın

Molla rejimi Evin həbsxanasında siyasi məhbusların telefon əlaqəsinə maneə yradıb

GADTB: Evin həbsxanasından daxil olan məlumatlara görə, siyasi və vicdan məhbuslarının həbsxanadan kənarla telefon əlaqələrinə …

Dünya Bankı İran müharibəsi səbəbindən iqtisadi artımın ən zəif səviyyəyə enəcəyi barədə xəbərdarlıq edib

GADTB: Dünya Bankı hazırda davam edən İran müharibəsinin qlobal iqtisadi artımı COVID-19 pandemiyasından bəri ən …