Cümə , İyun 26 2026
azfa

ABŞ Senatı Trampın İrana qarşı hərbi səlahiyyətlərinin məhdudlaşdırılmasına səs verib, Trampın veto hüququ var

GADTB: ABŞ Senatı 50 lehinə, 47 əleyhinə səslə Donald Trampın Konqresin icazəsi olmadan İrana qarşı hərbi əməliyyat keçirmək səlahiyyətlərini məhdudlaşdırmağı nəzərdə tutan qətnaməni qəbul edib.

Səsvermə zamanı respublikaçı senatorlar Bill Kassidi, Syuzan Kollinz, Liza Murkovski və Rend Pol layihənin lehinə səs veriblər. Demokratlar arasında isə yalnız Con Fetterman bu təşəbbüsə qarşı çıxıb.

Bundan əvvəl respublikaçılar bu il Senatda yeddi, Nümayəndələr Palatasında isə üç oxşar təşəbbüsün qarşısını almağa nail olmuş və müharibə ilə bağlı qərarvermə səlahiyyətinin prezidentdə qalmasını təmin etmişdilər.

Hazırkı səsvermə əsasən simvolik xarakter daşıyır və Tramp üçün Senatda siyasi məğlubiyyət kimi qiymətləndirilir. Qətnamə prezidentin İran İslam Respublikasına qarşı hərbi səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı mübahisələri yenidən gündəmə gətirib.

Layihənin qüvvəyə minməsi üçün Senatda yekun prosedurlar tamamlanmalı, daha sonra isə respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasında səsə qoyulmalıdır.

Hətta sənəd yekun olaraq qəbul edilsə belə, ABŞ prezidenti Donald Tramp onu veto edə bilər. Bu halda demokratların vetonu ləğv etmək üçün Konqres üzvlərinin üçdə iki səsini toplaması tələb olunacaq ki, müşahidəçilər bunu real görünməyən variant hesab edirlər.

Həmçinin yoxlayın

ABŞ Türkiyəyə 700 milyon dollarlıq reaktiv mühərrik satır

GADTB: ABŞ Türkiyəyə 700 milyon dollarlıq reaktiv mühərrik satışı ilə bağlı razılığa gəlib. Bu barədə …

ABŞ körfəzdəki bazalarının bir hissəsini İsrailə köçürməyi nəzərdən keçirir

GADTB: “Wall Street Journal” qəzetinin yaydığı məlumata görə, ABŞ Yaxın Şərqdəki hərbi qüvvələrinin yerləşdirilməsini yenidən …